Kağız rəqəmli çiplər vasitəsi ilə ona toxunanda əvvəlcədən yazılmıº audiosənədi səsləndirir.
İcad edilmiº kağızda yerləºdirilən keçiricilər təzyiq tətbiq olunanda iºə salınırlar. Kağızda çox kiçik mikrodinamiklər keçiricilərin bir neçə layından ibarətdir və kağızın özəyində yerləºdirilir. Hazırda kağızın mayə dəyəri baha baºa gəlir. Lakin mütəxəssislər sənaye miqyasında istehsala baºlamaqdan əvvəl xərclərin azaldılacağına ümid edirlər. Alimlər təkmilləºdirilmiº texnologiyanın reklam iºində istifadə oluna biləcəyini deyirlər. "Siz reklam lövhəsinə toxunaraq sahil və çimərlik barədə bütün tələb olunan məlumatları ala bilərsiniz", - deyir alimlərdən biri Mikael Qullikson. Professor Qullikson yeniliyin həmçinin, məsəl üçün, siqaret istehsalında istifadə edilə biləcəyini deyir: "Belə təqdirdə qutudan siqaret alanda o, nikotinin səhhətinizə zərərli olduğunu xatırlada bilər"
|