|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 30 Qonaq: 30 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 01.59 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 14 » MEYVƏDƏN OLDUQCA EFFEKTIV YANACAQ ALINA BILƏR
MEYVƏDƏN OLDUQCA EFFEKTIV YANACAQ ALINA BILƏR | 10.15 |
Bİr azdan dizeldən alma iyi gələcək !
Alma və portağallardakı şəkər emal edilərək, avtomobillər üçün az karbon izhar edən yanacağa çevrilə bilər. Bunu Amerika alimləri bildiriblər. Belə yanacağın tərkibində etanoldan çox enerji var. Viskonsin-Madison Universitetinin alimləri bu barədə tədqiqatlarını Nature jurnalında dərc etdiriblər. Bundan əlavə Britaniya alimləri də bioyanacaq barədə hazırladıqları hesabatda deyiblər ki, plastik kisələr daxil olmaqla bütün tullantılardan biodizel yanacağı istehsal etmək olar. Dimethylfuran adlı meyvə yanacağında etanoldan 40 faiz çox enerji var. Bu yanacaq asanlıqla buxarlanmır və daha təhlükəsizdir. Alimlər deyirlər ki, fruktoz birbaşa meyvələr və bitkilərdən əldə edilə və ya glükozadan alına bilər. Lakin bu yeni yanacağın ətraf mühitə təsirini hələ yaxşı öyrənmək gərəkdir. Lakin bitkilərdən düzəldilən bioyanacağın tənqidçiləri deyirlər ki, bu praktika ərzaq qiymətlərini xeyli qaldırır.
|
Views: 736 |
Added by: SultanSS
| Rating: 0.0/0 |
|
| |