|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 13 » XARiCi OLKƏLƏRDƏ UÇ MiN AZERBAYCANLi TEHSiL ALiR
XARiCi OLKƏLƏRDƏ UÇ MiN AZERBAYCANLi TEHSiL ALiR | 09.46 |
Hazırda xarici ölkələrdə 3 mindən çox Azərbaycan vətəndaşı ali təhsil alır. Bu barədə təhsil naziri Misir Mərdanov bu gün xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrlə görüşündə bildirib
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları öz hesablarına, müxtəlif ölkə və təşkilatların qrantları hesabına və dövlət hesabına xarici ölkələrdə təhsil alırlar. "Dövlətlərarası müqavilələrə uyğun olaraq ən çox tələbə Türkiyədə oxuyur. Rusiya, Çin, Misir, Rumıniya, Çexiya, Slovakiya və Yaponiyada da tələbələr oxuyur". M.Mərdanov xaricdə təhsil almaqla bağlı dövlət proqramının da bu ildən icrasına başlandığını deyib. "Hələlik bu proqram üzrə bakalavrdan sonrakı təhsil pillələləri üzrə 25 nəfərin sənədlərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etmişik ki, dövlət büdcəsindən maliyyələşdirliməsini təmin etsin. Bakalavr pilləsində təhsillə bağlı iş aparırıq. Düşünürük ki, bu il bakalavr pilləsində də Türkiyə, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın nüfuzlu ali məktəblərinə tələbələr göndəriləcək". Nazir xaricdə oxuyan tələbələrin ən böyük proleminin maliyyə ilə bağlı olduğunu bildirib. "Bir çox xarici ölkələrdə təhsil haqqı çox yüksəkdir, hətta ildə 50-55 min dollara çatır". O, xaricdə oxuyan tələbələrin təqaüdlərinin artırılacağını bildirib. "Təqaüdlər ilbəil artırılır. Bundan sonra da artırılacaq". Nazir xarici dövlətlərin təqaüdləri hesabına həyata keçirilən təhsillə bağlı da danışıb. "Doxsanınıcı illərin əvvəlində Türkiyə dövlətinin Azərbaycanla xoş münasibətinin nəticəsində bu ölkəyə min nəfər tələbə göndərdik və acı nəticələrini də gördük. Buna görə də bu ölkəyə ehtiyaclara uyğun olaraq tələbə göndəririk. Bu il Türkiyə dövlətinin hesabına 150 tələbə bu ölkədə təhsil alacaq. Bunlar təhsilin müxtəlif pillələrində oxuyurlar. Eyni addımı digər dövlətlərə münasibətdə də atırıq".
|
Views: 762 |
Added by: SultanSS
| Rating: 0.0/0 |
|
| |