Təyyarələr Azərbaycana 100 milyon dollara başa gələcək
«Azal» Dövlət Konserni avqusta qədər Fransadan 4 yeni ATR tipli təyyarə alacaq və buna 100 milyon dollara yaxın vəsait ödəniləcək. Bu barədə konserinin baş direktor müavini Sabir İlyasov məlumat verib. Onun sözlərinə görə, iyun ayından Zaqatalada, sentyabrdan isə Lənkəranda tikilən regional aeroportlar istifadəyə veriləndən sonra həmin şəhərlərə reyslər açılacaq. ATR tipli təyyarələrdən həmçinin Tiflis, Tehran, Aktau marşurtlarında da istifadə olunacaq.
Yeri gəlmişkən, fevralın 3-dən Gəncəyə uçuşların bərpa edildiyini bildirən S.İlyasov Naxçıvan istiqamətində sərnişin sıxlının xeyli azaldığını vurğulayıb: «Qiymətlər artandan sərnişin sıxlığı azalıb. Burda qış mövsümünün də rolu var. Ancaq 1 aydan sonra sərnişinlərin sayı artacaq».
|