Hərraca çıxarılan yumurta Rotşild ailəsi üçün xüsusi olaraq düzəldilmiş Faberje yumurtası hərracda rekord qiymətə satılıb. Rotşild yumurtası 1902-ci ildə düzəldilib. Bu, Rusiyanın çar ailəsinin tələb etdiyi standartlara uyğun olaraq istehsal edilən və ictimai əllərdə olan 12 yumurtadan biridir. Qızılı və çəhrayı rəngdə olan bu yumurtanın üzərində saat var. Saatı Londonun Kristis hərrac evində alıblar.
Şəxsi qeyd
Piter Karl Faberje tərəfindən düzəldilmiş bu yumurta Jermen Halfenə 1905-ci ildə Baron de Rotşildə nişanlanması ilə əlaqədar hədiyyə idi. Deyilənə görə, yumurtanı 20-ci əsrin əvvəlində St Peterburq şəhərində almışdılar. Kristis Hərrac Evindən Rus əsərləri üzrə şöbənin beynəlxalq direktoru Əntoni Filips deyir ki, Rotşild Fabeje Yumurtası əsl şah əsəridir. Bundan öncə Faberje Qış Yumurtası 2002-ci ildə 6.6 milyon funt sterlinqə satılmışdı.
|