Heç düşünmüsünüzmü ki, sizin damarlarınızdan şahlıq qanı axa bilər. Belə görünür ki, Britaniyada əhalinin ən azı yarısı buna əmindir. Belə olmasaydı ölkədə mədəni irsin qorunmasına məsul British Heritage təşkilatının çağırışına məhz bu qədər adam hay verməzdi. Təşkilat arzu edənləri öz əcdadları barədə məlumatla müraciət etməyə çağırıb. Bu məlumatın əsasında kral nəslindən olanlar, daha doğrusu potensial şəkildə İngiltərə taxt-tacına haqqı çatanlar aşkara çıxarılmalıdır. Briitish Heritage bildirib ki, çağırışa yüzminlərlə insan cavab verib, lakin onlardan çox az hissəsi kral nəslindən olduğunu iddia edə bilər.
25 il bundan əvvəl Albert Törnbal adlı birisi elə-belə məzə xətrinə öz əcdadlarını araşdırmağa başlamışdı. Öz soy adından yapışaraq, necə deyərlər üzü güriyə keçmişə getmişdi.
Nəticə doğrudan da heyrətamiz olub. Albert iddia edir ki, o, özünü kral nəslindən saya və hətta Britaniya taxt-tacına vəliəhd çıxa bilər.
Lakin Albert müəllim bunu da nəzərə alır ki, iddiaçıların uzun siyahısında onun adı çox aşağıdadır və üstəlik elə siyahının aşağısında da tünlükdür.
"Düçünürəm ki, mənim taxt-taca 55 milyonda bir hüququm çatır. Bu sadə riyaziyyatdır, - deyir Albert Törnbal 24 nəsil keçmişə getsən 168 milyon edir".
Cənab Törnbal British heritage mədəni irs cəmiyyətinin çağırışına cavab verənlərdən biridir. Təşkilatın nümayəndələrindən Treysi Borman bildiri ki, cənab Törnbalın iddiası olduqca maraqlıdır. Çünki o, öz nəsil şəcərərsini nəinki kral Alkfredə, hətta fateh Vilyamadək çözələyə bilib.
Burada söhbət 9-cu əsrdə özünün anqlosaks səltənətini vikinqlərin hücumundan qorumuş Böyük Alfreddən və öz tacını 1066-cı ildə Heystinqz döyüşündə qazanmış normandiya lideri Vilyamdan gedir.
Başqa bir iddiaçı isə özünün krallığa olan iddiasını krallara layiq bir şəkildə əsaslandırıb. O deyib ki, krallığa məhz onun haqqı çatır, çünki istənilən iddiaçı ilə təkbətək vuruşmağa hazırdır.
|