Alimlərin fikrincə, Antarktidanın buz qatının əriməsi ilə həmin kontinentin rəmzi olan pinqvinlərin yaşayış arealı yoxa çıxa bilər.
Bu günlərdə Bali şəhərində iqlim dəyişikləri problemləri ilə bağlı keçirilən beynəlxalq konfransda pinqvinlərin yoxa çıxacağı vurğulanıb.
Alimlər Antarktidanın havasının temperaturunun qalxdığını vurğulayaraq bunun nəticəsində oradakı buz qatının ərimə tempinin artdığını bildiriblər. Alimlərin fikrincə, o qədər də uzaq olmayan gələcəkdə bu kontinentdəki buz qatı tamamilə əriyə bilər, bununla da həmin kontinentin rəmzi olan pinqvinlərin yaşayış arealı yoxa çıxa bilər. Alimlər pinqvinlərlə yanaşı, başqa quşların da yoxa çıxa biləcəyini vurğulayırlar.
|