Lord Rassel Constonun səfərində məqsəd Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti öyrənməkdir
Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin sədri Lord Rassel Conston Bakıya gəlib. Səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti öyrənmək və münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarının gedişi ilə tanış olmaqdır.
Alt komitənin sədri Azərbaycanı və Ermənistanı təmsil edən deputatların görüşünün keçirilməsi məsələsini də müzakirə edəcək. Səfər fevralın 8-də başa çatacaq.
Qeyd edək ki, alt komitə sədri regiona səfəri çərçivəsində Ermənistanda da olacaq.
|