|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 15 Qonaq: 15 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 01.39 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 8 » İlham Əliyev İplik fabriki və Beynəlxalq Ticarət Mərkəzinin açılışında olub
İlham Əliyev İplik fabriki və Beynəlxalq Ticarət Mərkəzinin açılışında olub | 15.02 |
Hər iki obyekt MKT istehsalat kommersiya məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tikilərək istifadəyə verilib
Bu gün paytaxtda İplik fabriki və Beynəlxalq Ticarət Mərkəzi istifadəyə verilib. Hər iki obyektin açılış mərasimində prezident İlham Əliyev də iştirak edib. ANS PRESS-in açılışda iştirak edən əməkdaşının verdiyi məlumata görə, MKT istehsalat kommersiya məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 2007-ci ilin sonunda tikilən və Azərbaycanda analoqu olmayan İplik fabrikində bütün avadanlıqlar 2006-cı ildə istehsal olunan müasir avadanlıqlardır və fabrik ildə 7 min ton pambıq mahlıcından iplik istehsal etmək gücünə malikdir. Fabrikin qurulmasına 14 milyon 291 min manat investisiya qoyulub. Fabrikin potensial texnoloji imkanı isə daha 30 növ iplik istehsal etməyə imkan verir. Bakı Pambıq Əyirici Fabrikində hal-hazırda 129 işçi çalışır. İstehsal həcminin atrması ilə yeni işçi qüvvəsinin cəlb edilməsi nzərə alınıb. Beynəlxalq Ticarət Mərkəzi isə 2007 –ci ildə MKT istehsalat kommersiya məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tikilib və istifadəyə verilib. Ticarət mərkəzi Avropa standartlarına cavab verir və A kateqoriyalı ofis mehmanxana kompleksidir. Kompleks iki korpusdan - 9 mərtəbəli biznes mərkəzi və 3 mərtəbəli mehmanxana binasından ibarətdir. Kompleksin tikintisinə və lazımi avadanlıqların quraşdırılmasına ümumilikdə 11, 5 milyon manat sərmayə qoyulub. Bütün kompleks mərkəzləşdirilmiş izləmə nəzarət və yanğın təhlüksizlik sistemi ilə təchiz edilib
|
Views: 885 |
Added by: AQSHIN
| Rating: 0.0/0 |
|
| |