|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 21 Qonaq: 21 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 01.43 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 8 » Vyetnamda siçovul və pişik ətinə təlabat artıb
Vyetnamda siçovul və pişik ətinə təlabat artıb | 14.59 |
Bu ətlərlə bişirilən yeməklərə təlabat quş qripi virusunun yayılmasından sonra geniş vüsət alıb
Vyetnamda siçovul, pişik və ilan ətinə təlabat artıb. Bu ətlərlə bişirilən yeməklər xüsusi ilə quş qripinin yayılmasından və quş ətinin yeyilməsi təhlükəli olandan sonra geniş vüsət alıb. Siçovul ovlayanların sözlərinə görə, indi Honqxa çayı sahilindəki əhalinin demək olar ki, 99 faizi siçovul ətindən istifadə edir. Yerli restoranlarda qril edilmiş, sarımsaqda və ya limonla qızardılmış siçovul ətini 4 dollara almaq olar. Bu yeməkləri yeyənlərin sözlərinə görə, bu ətin dadı toyuq ətini xatırladır. Qeyd edək ki, uzun illər ərzində siçovul tayvanlılar üçün ən yaxşı delikateslərdən sayılırdı. Burada hətta bu heyvanın əti ilə hazırlanan və 150 illik tarixi olan yemək reseptləri də var. 2004-cü ildə quş qripi virsunun yayılması və bu xəstəlikdən bir çox insanların ölməsi insanları zülala alternativ axtarmağa vadar edib. İlan əti də bu ölkədə geniş istifadə edilən məhsullar arasındadarı. Restoranlar ilanları əsasən ovçulardan alırlar. İlanların bəzi növlərini isə Çinə aparırlar. 1998-ci ildə hökümətin pişik ətindən istifadəyə qadağa qoymasına baxmayaraq, hələ də pişik ətindən istifadə edilir. Restoran menülərində bu ətlə hazırlanan yeməklər «balaca pələnglər» adlanır.
-4 yerə bölünmüş 2 ədəd siçovul -iki diş sarımsaq -limon yarpağı -quru istiot -1/4 balıq sousu -duz Qaynar tavaya yağ tökülür, yağın üzərinə isə istiot və siçovul əti tökülərək qızardılır. Sonra isə limon yarpaqları və bir az su əlavə edilir. Süfrəyə verilərkən yanına düyü qoyulur.
|
Views: 757 |
Added by: AQSHIN
| Rating: 0.0/0 |
|
| |