|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 37 Qonaq: 37 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-01-15, 22.40 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 7 » Mastagadakı Psixonevroloji Xestexananın xesteleri qiyam edibler
Mastagadakı Psixonevroloji Xestexananın xesteleri qiyam edibler | 19.36 |
Maştağadakı Psixonevroloji Xəstəxananın xəstələri qiyam ediblər Qiyam xüsusi təyinatlı polis dəstəsinin köməyi ilə yatırılıb
Bu gecə saat 02.00-dən səhər saat 07.00-ə qədər Maştağa qəsəbəsinin sakinləri, Respublika Psixonevroloji Xəstəxanasının ərazisində yerləşən məhbuslar üçün qapalı xəstəxanadan səslər və qışqırıqlar eşidiblər. Şahidlərin sözlərinə görə, xəstəxana ərazisinə xəstələri güc yolu ilə sakitləşdirmək üçün xüsusi təyinatlı polis dəstəsi gətirilib. Respublika Psixonevroloji Xəstəxanasının baş həkimi Həsən Rəsulov “Novosti-Azərbaycan” agentliyinə müshaibəsində bu informasiyanı təsdiqləyib və Maştağa sakinlərinə təhlükədə olmamalarını çatdırmağı xahiş edib. Belə ki, verilən məlumata görə, xəstəxanadakı məhbuslar xəstələrin birinin üzərində yerindəcə məhkəmə qurmaq istəyiblər. İşçilər buna mane olmaq istədikdə isə, məhbuslar qiyam qaldırıblar. Xəstəxana rəhbərliyi onları sakitləşdirmək üçün polis çağırmaq məcburiyyətində qalıb. Polislər məhbuslara qarşı "xüsusi addımlar" ataraq onları ayrı-ayrı kamera – palatalarına yerləşdiriliblər. Baş həkimin verdiyi məlumata görə, bu zaman yaralanan, həlak olan və qaçan olmayıb. Xəstəxana rəhbərliyi məhbusların saxlanması rejiminə heç bir dəyişiklik etməyib, belə ki, H. Rəsulovun sözlərinə görə, bu, xəstəxananın səlahiyyətlərinə daxil deyil.
|
Category: Ordan-burdan |
Views: 755 |
Added by: Sago
| Rating: 0.0/0 |
|
| |