Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner hesab edir ki, 2008-ci ildə prezident seçkilərinin təşviqat mərhələsində nizamlanma prosesini çətinləşdirən bəyanatlar gözləniləndir
Avropa Birliyi Azərbaycanın hərbi ritorikasını pisləyir. Ermənistan mətbuatının məlumatına görə, bunu Avropa Birliyinin sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel deyib. Onun sözlərinə görə, müharibə bəyanatlarına son qoyulmalıdır. Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner isə deyib ki, hərbi variant Dağlıq Qarabağ münaqişəsinin həlli yolu deyil. Onun fikrincə, hərbi qarşıdurmanın dinc yolla həlli üçün çox səy göstərilib: «Münaqişənin sülh yolu ilə həlli yolunu da tapmaq olar. Lakin bunun üçün tərəflərin siyasi iradəsinə ehtiyac var». Benita Ferrero-Valdner hesab edir ki, 2008-ci ildə Ermənistan və Azərbaycanda prezident seçkilərinin təşviqat mərhələsində nizamlanma prosesini çətinləşdirən bəyanatlar gözləniləndir.
|