Rövnəq Abdullayev: "Azərbaycan nefti Şimal boru kəməri vasitəsilə Novorossisykə ixrac olunur" Fevralın birindən «Bakı-Novorossiysk» neft kəmərinin idarəetməsi Azərbaycanın sərəncamına keçib. Bu barədə ANS TV-yə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, Bu gün artıq «Bakı-Novorosiysk»in ümumi idarəetməsi Dövlət Neft Şirkətindədir: «Biz «Bakı-Novorosiysk» ixrac boru kəmərindən istifadə edirik. Onun vasitəsilə 2007-ci ildə biz bir milyon 200 min tona yaxın xam neft ixrac etmişik. Yanvar ayında bu davam edib. Azərbaycan hökuməti bu gün belə bir siyasət aparır ki, biz bütün boru xətlərinin işləməsində diversifikasiya nail olaq. Hər tərəfdən yolumuz olsun. Hazırda Azərbaycanın «Bakı-Tiflis-Ceyhan» ixrac boru xətti ilə nefti Aralıq dənizə Ceyhana gedir. Eyni zamanda hazırda Azərbaycan nefti Şimal boru kəməri vasitəsilə Novorossisykə ixrac olunur
|