P.Bülbüloğlu 63 yaşını doğmaları ilə evdə keçirəcək
Mədəniyyətimizə və xalqımıza uzun illərdir “Qorxma, mən səninləyəm” deyən sənətçi illərin necə gəlib keçdiyini hiss etməsə də, 63 yaşının tamam olmasından bir qədər kədərlənir. “Heyif ki, 63-dür. Adam xaricə gedəndə istər-istəməz pasportuna baxıb görür ki, yaş çoxalır, amma fiziki cəhətdən hələ ki, təsiri yoxdur”, deyə Azərbaycanın Rusiyada səfiri qeyd edir. Qeyd edək ki, P. Bülbüloğlu döğum gününün doğmaları ilə, evdə keçirməyə daha çox üstünlük verib. Moskvadan ad gününü təmtəraqla keçirmək təklifindən də imtina edib. Polad Bülbüloğlu yeganə azərbaycanlıdır ki, keçmiş Sovet İttifaqının mərkəzində adını daşıyan ulduz var. Başqa cür ola da bilməz. Sənətçinin şöhrət ulduzu elə uşaqlıqda yanmağa başlayıb, çünki o sevilən və dinlənilən, professor və müsiqişünas Bülbülün ailəsində dünyaya gəlib. Bəstəkarlıq, ifaçılıq, bir sözlə, sənət və yaradıcılıq Polad Bülbüloğlünün damarlarında axır. Polad Bülbüloğlunun mahnıları bütün Sovet İttifaqında bir nömrəli idi. “Dolalay”, “Zəng et”, “Durnalar” və sairə. XX-ci əsrin ilk Azərbaycan baleti “Eşq və ölüm”, yaxud “Ölümlə rəqs edən məhəbbət” baleti də məhz Polad Bülbüloğlunun bəstəsi ilə ərsəyə gəlib. 1981-ci ildə çəkilmiş “Qorxma, mən səninləyəm” filmi Qafqaz həqiqətlərinin bütün İttifaqda marağa səbəb olması ilə yanaşı daha bir şeyi də, Polad Bülbüloğlunun çoxşaxəli istedadını sübut edib. Burada o bəstəkar, həm də aktyor kimi iştirak edib. Amma bu onun çəkildiyi yeganə filmdir. 1988-ci ildən onu mədəniyyət naziri , 2006-cı ildən isə Azərbaycanın Rusiyadakı səfiri kimi təqdim edirik. Sənət isə ikinci plandadır. Özü belə deyib: “Bir il ərzində yaradıcılığımla məşğul ola bilməmişəm. İmkan olmayıb. İşimi dəyişmişəm, köçmüşük, çox gərgin olub, həm də vaxt yoxdur”. Tutduğu böyük vəzifəyə baxmayaraq arzuları kiçikdir. Özünə sevinc, bir də səadət diləyir
|