Qəzaya uğramış MİQ 29-un yeri müəyyənləşdirilib
Təyyarə sahildən yüzlərlə mert aralıda, dənizin 12-15 metr dərinliyində yerləşir
Yanvanrın 29-da Şurabad qəsəbəsi yaxınlığında qəzaya uğramış MİQ 29 təyyarənin yeri müəyyənləşdirilib. «Turan» agentliyinin məlumatına görə, təyyarə sahildən yüzlərlə mert aralıda, dənizin 12-15 metr dərinliyində yerləşir. Hazırda dalğıclar təyyarənin düşdüyü yerdə maşının qaldırılması məsələsinin həlli məqsədi ilə vizual müşahidələr aparırlar. Hərbi komandanlıq təyyarənin qaldırılması üçün vasitələr seçilməsi məsələsini araşdırır. Pilotların taleyi isə hələlik məlum deyil. Müdafiə Nazirliyinin mətubat xidmətindən isə ANS -ə verilən məlumata görə, onlarda bu haqda hələlik heç bir məlumat yoxdur, araşdırmalar davam etdirilir./
|