«Acı həyat»ın qəhrəmanı gecə həyatını sevmir
Kenan İmirzalıoğlu: "Kino çalışmaları daha çətindir"
Kenan İmirzalıoğlu 1974-cü il 18 iyunda Ankarada doğulub. «Best Model of Turkey» və «Best Model Of The World» müsabiqəsinin qalibidir. İlk dəfə rejissor Osman Sınav onu «Deli yürek» serialında baş rolda çəkib. O, «Bumeranq cəhənnəmi», «Yazı tura» filmlərində, «Alacakaranlık» serialında çəkilib. adlı filmə çəkilir. Osman Sınav 1962-ci ildə çəkilmiş «Acı həyat» adlı filmi serial halına salmaq qərarına gəldikdən sonra Kenan İmirzalıoğlu «Acı həyat» layihəsində iştirak edib. Sonra İmirzalıoğlu «Kabadayı» filmi üzərində işləməyə başlayıb.
- Kino və serial. Hansı daha çətindir?
- Kino çalışmaları daha çətindir. Çəkiliş heyəti daha gərgin işləyir. Serial layihəsində 100 səhifəlik ssenarini bir həftəyə çəkmək məcburiyyətindədir. Amma kinonu çəkiliş heyəti 1,5-2 aya kimi çəkməlidir. Təbii ki, vaxt çox olanda daha ətraflı düşünmək və hərəkət etmək olur.
- Günə necə başlayırsınız?
- Səhər yuxudan oyandıqdan sonra idman edirəm. İmkan olanda idman mərkəzinə gedirəm. Dostlarımla «Play Station» oynayırıq. Əsasən evdə söhbət etməyi xoşlayıram. Evdə özümü çox rahat hiss edirəm. Gecə həyatını sevmirəm.
- Mətbəxlə münasibətiniz necədir?
- Mətbəxdə çox bacarıqlı deyiləm, amma bacarıqlı olanları çox sevirəm. Yemək ləzzətli olmalıdır. Yemək yeməyi çox xoşlayıram.
- Hansı mətbəxi daha çox xoşlayırsınız?
- Əvvəllər Anadolu mətbəxini çox sevirdim, amma Zeyneblə tanış olduqdan sonra Ege mətbəxi və zeytunyağlılarla tanış oldum. İndi Ege mətbəxinin vurğunuyam.
- Aşiq olanda nə edirsiniz?
- Aşiq olanda sevgidən başqa hər şey yalan olur. Məncə eşqin belə bir illüziyası var. Hər şeyi onunla düşünür, hər yerdə onu görürsən. Həqiqi sevgi bir çox faktorun bir araya gəlməyindən sonra ortaya çıxır. /"İstiot"/
|