Xalq artisti fevralın ilk ongünlüyündə MDB ölkələrinin bir neçəsində solo-konsert proqramı ilə çıxış edəcək
Xalq artisti İlhamə Quliyeva fevral ayında Strasburqa yola düşəcək. Fevralda Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı keçiriləcək və "İstiot" jurnalının məlumatına görə, sənətçi də DAK-ın səlahiyyətli nümayəndələrindən biri olduğu üçün qurultaya ciddi hazırlaşır.
Bundan əlavə, İlhamə xanım fevralın ilk ongünlüyündə MDB ölkələrinin bir neçəsində solo-konsert proqramı ilə çıxış edəcək. Bu konsert proqramları təbliğat xarakteri daşıyacaq. Bu yaxınlarda Elza Seyidcahandan «Daha ağ eləmə» mahnısını hədiyyə alan İlhamə Quliyeva sözügedən mahnıya klip də çəkdirəcək.
|