15 yaşlı məhbus da asılacağı günü gözləyir.
Adı işgəncəli ölüm faktlarında hallandırılan İranın Kərəc şəhərindəki "Gövhərdəşt" həbsxanasından 28 məhbus edam edilmək üçün "Evin" həbsxanasına aparılıb. Bu barədə məlumatı DAK Güneydəki mənbələrə əsasən verib. Məlumata görə, məhbuslardan bir neçəsi əhalinin gözü qarşısında mərkəzi meydanda edam ediləcək. Edam ediləcək məhbuslar arasında 26 yaşlı Halət Məhəmməd Abidi, 30 yaşlı Möhsün Qulami və Abbas Kahani, 25 yaşlı Fərəc İbrahimi də var. Bundan başqa 4 yenietmə həbsxanada edam olunacağı günü gözləyir ki, onların da arasında 15 yaşlı Benyamin Hüseyni də var. ("OLAYLAR"IA)
|