|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 9 Qonaq: 9 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 02.48 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Yanvar » 31 » QEZA
QEZA | 18.31 |
Hərbi təyyarənin qəzaya uğraması ilə bağlı ilkin versiyalar irəli sürülür
Dünən Şurabad qəsəbəsində hərbi təyyarənin qəzaya uğraması MiQ-29-ların tarixində 52-ci belə hadisədir
Dünən Şurabad qəsəbəsində hərbi təyyarənin qəzaya uğraması MiQ-29-ların tarixində 52-ci belə qəza olsa da, səbəblər müxtəlifdir. MiQ-29-ların sadə və etibarlı olmasına rəğmən, bu tip təyyarələr də qəzaya uğrayır. İlk qəza 1978-ci ildə MiQ-29 sınaq uçuşları zamanı baş verib. İndiyə qədər MiQ-29 tipli təyyarələrin 51 qəzası qeydə alınıb.
Azərbaycana məxsus MiQ-29-un dənizə düşməsinin səbəbləri hələ də mütəxəssislərə bəlli deyil. İnternetdə qəzanı araşdıran rusiyalı ekspertlər əmindirlər ki, azərbaycanlı pilotlar polkovnik-leytenant Fəxrəddin Əskərov və kapitan Əfqan Aslanov təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdırmaqla daha dəhşətli faciənin qarşısını ala biliblər. İnternetdə bu barədə müzakirələr aparan ekspertlərin fikrincə, pilotlar sona qədər təyyarəni düşdüyü çətin vəziyyətdən çıxararaq salamat saxlamağa çalışıblar. Təyyarənin unikal manevr imkanlarına malik olduğunu pilot Əfqan Aslanov da ANS TV-yə ötən il verdiyi müsahibədə təsdiqləyib: "O biri təyyarələrə baxanda çox müasir çox manevrlidir, avadanlıqları standartlara tam cavab verir. Bu təyyarənin başqa təyyarələrdən fərqi ondadır ki, o hava hədəflərini, yerüstü hədəfləri, piyadaları məhv edə bilir".
Qeyd edək ki, polkovnik leytenant Fəxrəddin Əskərov Azərbaycanın ilk pilotlarındandır. Birinci dərəcəli pilot dərəcəsi almış Əskərov L-39, SU-25 və MiQ-29 tipli təyyarələri idarə edə bilirdi. Fəxrəddin Əskərov Azərbaycanda ən çox uçuş saatına malik pilotlardandır. O, uçuş təcrübəsini artırmaq üçün Türkiyədə təhsil alıb və Bakı səmasında keçirilən şou uçuşlarında daim iştirak edib.
Kapitan Əfqan Aslanov da həmkarından geri qalmır. Aslanov L-39, MiQ-25 və MiQ-29 təyyarələrini idarə edə bilirdi. Azərbaycan və Türkiyədə təhsil alıb. Qırıcılar arasında kapitan Aslanov ən perspektivli pilotlardan biri kimi göstərilirdi
|
Views: 809 |
Added by: SultanSS
| Rating: 0.0/0 |
|
| |