«Eurovision-2008»-də iştirak qaydaları dəyişdirilib
Finala düşmək istəyən müğənni mayın 20-i və 22-də keçiriləcək yarımfinalda iştirak etməlidir
Ermənistanı «Eurovision-2008» musiqi müsabiqəsində təmsil edəcək müğənni Siruşo mayın 20-də yarımfinalda iştirak edəcək. «Novosti Armeniya» agentliyinin məlumatına görə, layihənin erməni kuratoru Diana Mnasakayan bildirib ki, Siruşonun çıxış etmək günü Belqradda keçirilən püşkatma nəticəsində bəlli olub. Onun sözlərinə görə, müsabiqədə iştirak edəcək ölkələrin sayının artması ilə əlaqədar «Eurovision-2008»-də iştirak qaydaları dəyişdirilib. İndi finala çıxmaq üçün iştirakçılar mayın 20-i və 22-də keçiriləcək yarımfinal mərhələsində iştirak etməlidirlər. «2007-ci ildə Helsinkidə keçirilən müsabiqədə Ermənistan təmsilçisi Aykonun səkkizinci yer tutumasına baxmayaraq, Siruşo yarımfinala çıxacaq». Ermənistan ilə yanaşı yarımfinalda daha 18 ölkənin nümayəndəsi çıxış edəcək. Onlar Xorvatiya, Yunanıstan, İrlandiya, Polşa, Belçika və Rusiya nümayəndələri olacaqlar. İştirakçıların növbəti çıxışının vaxtı martın 13-də keçirilən püşkatamadan sonra bilinəcək. Müsabiqənin finalı mayın 24-də Serbiyada keçiriləcək. Xatırladaq ki, fevralın 2-də Azərbaycandada «Eurovision» müsabiqəsində təmsil etmək üçün seçim mərhələsi olacaq. Final konsertində üç namizəd çıxış edəcək
|