Fransada azərbaycanlı tələbələr arasında forum keçiriləcək
Forum “Fransa Senatında Azərbaycanlı tələbələr” başlığı altında keçiriləcək
Fevral ayının 6-8 tarixlərində Fransanın Paris şəhərində Azərbaycanlı tələbələr (FASE) arasında “Fransa Senatında Azərbaycanlı tələbələr” başlığı altında forum keçiriləcək. Forum zamanı əsas müzakirə olunacaq mövzulara Cənubi Qafqaz regionunun inteqrasiya imkanları, Azərbaycanın prespektivləri, Neft “Neft strategiyası”-siyasi , iqtisadi və ekoloji aspektləri, Fransada azərbaycanlıllar:Şəbəkə strategiyası üçün və digərləri olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, azərbaycanlı tələbələrin Fransa forumunda iştirak edəcək nümayədə heyətinə A.Düpont- Senator, Fransa-Qafqaz dostluq qrupunun rəhbəri, Tarik Əliyev-Azərbaycanın Fransadakı səfiri, İntiqam Babayev- gənclər və idman mazirinin müavini, Vüsal Məmmədov-FASE baş katib, Vaqif Sadıxov-xarici işlər nazirinin müavini, Bernar Fasye-ATƏT-in Minsk qrupunun fransalı həmsədri və digərləri olacaq.
|