Qüdrət Həsənquliyev: "NATO Parlament Assambleyasýnýn Rouz-Roud seminarýna bütün ölkələr dəvət olunur". NATO Parlament Assambleyasýnýn martýn 6-8-də Bakýda keçiriləcək 68-ci Rouz-Roud seminarýnda erməni deputatlar da iþtirak edə bilər. Azərbaycanýn NATO Parlament Assambleyasýndaký nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyevin ANSPRESS-ə verdiyi məlumata görə, adətən, Rou-Roud seminarlarýna bütün ölkələr dəvət olunur: «Ermənilərin seminara gəlib-gəlməyəcəyi barədə məlumatým yoxdur. Þəxsən mən onlarýn gəlməsinin əleyhinəyəm. Bilirsiniz ki, Bakýda keçirilməli olan Rouz-Roud seminarý eyni səbəbdən bir dəfə təxirə salýnmýþdý. O vaxt Azərbaycan tərəfi erməni deputatlara viza verməmiþdi. Qaydalara uyðun olaraq, ermənilər bu dəfə də iþtirak etməlidir. Lakin onlarýn iþtirak etək istəyib-istəməyəcəkləri barədə heç nə deyə bilmərəm». .
Xatýrladaq ki, 26 noyabr 2004-cü il tarixdə Bakýda keçirilməli olan Rouz-Roud seminarý təxirə salýnmýþdý. O vaxt Ermənistan deputatlarý Aleksandr Karapetyan və Mger Þahgəldyan Azərbaycandaký etirazlardan çəkuinərək, Bakýya gəlməkdən imtina etmiþdi.
Mənbə: /ANSPRESS/
|