Futbol üzrə «Birlik kuboku»nun bu ilki qalibi «Xəzər-Lənkəran» klubu olub
Final görüşündə Özbəkistanın «Paktakor» komandası ilə qarşılaşan «Xəzər-Lənkəran» 4:3 hesabı ilə qalib gəlib
Sankt-Peterburqda futbol üzrə «Birlik kuboku»nun bu ilki qalibi «Xəzər-Lənkəran» klubu olub. Final görüşündə Özbəkistanın «Paktakor» komandası ilə qarşılaşan «Xəzər-Lənkəran» 4:3 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 3-cü dəqiqədə «Paxtakor»un oyunçusu Elman Maqdaliyev açıb. Bundan təxminən 3 dəqiqə sonra «Xəzər-Lənkəran»ın hücumçusu Mario Souza hesabı bərabərləşdirib. Lakin oyunun 28-ci dəqiqəsində özbəklərin hücumçusu Ənvər Saliyev «Paxtakor»u yenidən irəli çıxarıb. Oyunun birinci hissəsinin başa çatmasına 1 dəqiqə şalmış «Xəzər-Lənkəran» hesabı bərabərləşdirə bilib.
İkinci hissənin ilk dəqiqələrində isə yarımmüdfiədə topu ələ keçirən komandamız irəli atılıb və Dieqo Souza komandasını önə çıxarıb. Oyunun 54-cü dəqiqəsində «Paxtakor» hesabı bərabərləşdirib. Bundan təxminən 10 dəqiqə sonra isə Dieqo Souza dubl edib və komandamız hesabda bir daha irəli çıxıb.
Qeyd edək ki, «Xəzər-Lənkəran» klubunun oyunçularını gətirən təyyarə yanvarın 29-na keçən gecə saat 00.30-da Heydər Əliyev beynəlxalq hava limanına enməlidir
|