Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
Bəhruz Mədətoğlu Hatəmi ötən gün ermənilərin açdığı atəş nəticəsində həlak olub
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun verdidiy məlumata görə, bu Bəhruz Mədətoğlu Hatəmidir. O, yanvarın 27-si ermənilərin açdığı atəş nəticəsində şəhid olub. Bəhruz Hatəmi 1989-cu ildə Tərtər rayonunda anadan olub. 2007-nin aprel ayında isə hərbi xidmətə çağırılıb. B. Hatəmi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda xidmət edib. Şəhid bu gün Tərtər rayonunda torpağa tapşırılacaq. Allah rəhmət eləsin
|