|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 5 Qonaq: 5 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 02.53 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Yanvar » 27 » YENi STADiON
YENi STADiON | 16.04 |
80 MİNƏDƏK TAMAŞAÇI TUTUMUNA MALİK OLİMPİYA STADİONU BİBİHEYBƏTDƏ TİKİLƏCƏK
Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi hazırladığı Sifariş Kitabında əsas olimpiya obyektlərinin şəhərin mərkəzində və Səbayel rayonu ərazisindəki Bibiheybət qəsəbəsində yerləşəcəyini göstərib. Bu haqda “APA-Sport” agentliyinə “Bakı-2016”nın Təşkilat Komitəsinin məsul katibi, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib. Onun sözlərinə görə, hazırda Bibiheybətdə 465 hektar boş sahə var və bu, müxtəlif obyektlərin tikintisinə imkan verir. İ.Mədətov bildirib ki, həmin ərazidə bir sıra idman növləri üzrə komplekslərlə yanaşı, Olimpiya kəndi və 80 minədək tamaşaçı tutumuna malik Olimpiya stadionunun tikintisi də nəzərdə tutulub: “Bizim iri idman qurğularımızdan Bakı İdman Sarayı və Heydər Əliyev adına İdman-Konsert Kompleksi şəhərin mərkəzi hissələrində yerləşir. Konkret idman növləri üzrə yarışlara gəldikdə, misal kimi çimərlik voleybolunu Bibiheybət massivinə yaxın çimərliklərdən birində, velosiped idmanının bir mərhələsini Milli Parkda keçirmək fikrindəyik. İkinci mərhələyə keçə bilsək, Olimpiya obyektlərinin tikintisi istiqamətində konkret addımlar atmağa başlayacağıq”. Qeyd edək ki, 2016-cı il Olimpiadasına Bakı ilə yanaşı, Madrid (İspaniya), Praqa (Çexiya), Tokio (Yaponiya), Doha (Qətər), Çikaqo (ABŞ) və Rio-de-Janeyro (Braziliya) şəhərləri namizəddir. Beynəlxalq Olimpiya Komitəsi ikinci mərhələyə keçəcək şəhərlərin adlarını iyunda açıqlayacaq.
|
Views: 618 |
Added by: SultanSS
| Rating: 0.0/0 |
|
| |