İradə İbrahimovanın məhkəmə prosesi başa çatıb
İradə İbrahimova ilə eks-prodüsseri «ETA Production»un rəhbərlərindən biri olan Elnurə Mədətovanın məhkəmə prosesi başa çatıb. Proses İradə İbrahimovanın xeyrinə sonuclanıb. İşə Səbail Rayon Məhkəməsində baxılıb. Hakim Araz Hüseynov E. Mədətovanın ittihamlarını əsassız sayıb. Elnurə Mədətova məhkəmənin qərarı ilə razı olmadığından, işi Apellyasiya Məhkəməsinə vermək fikrindədir.
Qeyd edək ki, ATV kanalında yayımlanan «106 Hause» verilişində İradə Röyanın ona Elnurənin rüşvət aldığı üçün iş yerindən uzaqlaşdırıldığını, onun yaxşı insan olmadığı barədə dediklərini bildirmişdi. Bu da bir çoxları tərəfindən birmənalı qarşılanmamışdı. İradə məsələylə bağlı münasibət bildirmək istəmir. Onun fikrincə, əhəmiyyətsiz məsələlərə baş qoşmaqdansa, yaradıcılığı ilə məşğul olmağı daha önəmlidir.
|