Xaricdən gətirilən qızıl məmulatları da yoxlamadan keçiriləcək.
Qızıl-ziynət əşyalarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Əyar Palatası satış obyektlərində yoxlamalara başlayacaq. Bu barədə palatanın sədri Adil Əhmədov məlumat verib.
O bildirib ki, ötən ilin noyabrına qədər xaricdən gətirilən qızıl məmulatları yoxlamadan keçmirdisə, hökumətin qərarına əsasən bundan sonra onların da keyfiyyyətinə nəzarət olunacaq.
|