ÖTƏN İL AZƏRBAYCANDA İNTERNET İSTİFADƏÇİLƏRİNİN SAYI 20% ARTIB
Azərbaycanda əhalinin hər 100 nəfərindən 12-si İnternet istifadəçisidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2006-cı illə müqayisədə ötən il İnternet istifadəçilərinin sayı 20% artıb. Nazirlikdən bildirilib ki, son 4 il ərzində ölkə daxili İnternet şəbəkəsinin qlobal İnternet şəbəkəsinə qoşulma sürəti 40 dəfə artırılıb və 6 Gbit/saniyəyə çatdırılıb. Nəticədə, Azərbaycandan beynəlxalq İnternet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalının həcmi isə 17 dəfə artıb.
|