BU İL DÜNYA BAZARINDA QIZILIN QİYMƏTİ 1000 DOLLARA ÇATA BİLƏR.
Dünya bazarında qızılın 1 troya unsiyasının qiyməti növbəti tarixi maksimum müəyyənləşdirib və 900 ABŞ dolları həddini keçib Artım dünyada müşahidə olunan inflyasiya, ABŞ dollarının davamlı devalvasiyası və neftin qiymətinin rekord səviyyəyə çatması fonunda baş verib. Ümumiyyətlə, 2007-ci il ərzində qızıl 32% bahalaşıb. Kəskin bahalaşma 2007-ci ilin avqust ayından dünyada müşahidə olunan geosiyasi və maliyyə qeyri-sabitliyi nəticəsində baş verib.
Qeyd edək ki, artıq ABŞ dollarının avro və İsveçrə frankına qarşı məzənnəsi ən aşağı göstəriciyə çatıb. ABŞ Federal Ehtiyat Sistemi bu ayın sonunadək təkrar maliyyələşdirmə dərəcəsini 50 bənd endirərsə, bu, ABŞ dollarının daha da ucuzlaşmasına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq, ekspertlər yaxın vaxtlarda qızılın 1000 dollar/1 tr. unsiyası səviyyəsinədək bahalaşacağını proqnozlaşdırlar.
|