Rusiyada yaşayan azərbaycanlı arvadının başını kəsib
Cinayəti törədən Hüseyn İbrahimov Rusiyada həbs olunub
Rusiyada yaşayan Zaqatala sakini arvadının başını kəsərək qətlə yetirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Rusiya Federasiyasının Mirnıy şəhərində baş verib.
Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 1972-ci il təvəllüdlü Hüseyn Əli oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nəzakət Ramazan qızı İbrahimovanın başını kəsərək qətlə yetirib. Mərhumun qohumlarının verdiyi məlumata görə, N. İbrahimovanın cəsədi bu gün doğulduğu Əliabad qəsəbəsinə gətirilərək, kənd qəbiristanlığında torpağa tapşırılıb. Cinayəti törədən H. İbrahimov isə Rusiyada həbs olunub. Qeyd edək ki, İbrahimovların iki övladı var.
|