Erməni müğənnisi Evrovijn-2008-də Azərbaycan mahnısı oxuyacaq
Ermənilər növbəti dəfə Azərbaycan xalq mahnılarını öz adlarına çıxmağa cəhd edirlər
Ermənistanın ARMTV kanalı ölkəni Evrovijn-2008-də təmsil edən müğənnini seçib. Ermənistanı bu müsabiqədə Siruşo təmsil edəcək.
DAY.azsayıtının yazdığına görə, Siruşonun kompozisiyası artıq "youTube" saytında yerləşdirilib. Bu kompozisiya bəstəsi Üzeyr Hacıbəyova məxsus olan «Qaragilə», «Dilbərim» kimi məşhur Azərbacan Xalq mahnılarının mixsidir. Kompozisiyada eyni zamanda «Sarı gəlin»in motivlərindən də istifadə olunub. Bu yolla ermənilər növbəti dəfə, bir kompozisiyada bir neçə Azərbaycan Xalq Mahnılarını öz adlarına çıxmağa cəhd edirlər
|