“Avroviziya-2008” müsabiqəsində münsiflərin heyətinin siyahısı elan edilib
Münsiflər heyəti fevralın 2-si müsabiqədə iştirak edəcək azərbaycanlı ifaçını seçəcəklər.İctimai televiziya “Avroviziya-2008” mahnı müsabiqəsində iştirak edəcək azərbaycanlı ifaçını seçəcək münsiflərin heyətinin siyahısını elan edib.
İsmayıl Ömərov-İctimai Televiziya və Radionunu baş direktoru,
Nərgiz Paşayeva- Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, «Üns» yaradıcılıq teatrının direktoru,
Fərhad Bədəlbəyli-xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru,
Yuli Qusman- ilk Azərbaycan şən və hazırcavablar klubunun kapitanı,
Lalə Kazımova –musiqişünas, «Qalateya» moda evinin direktoru,
Vaqif Gərayzadə-bəstəkar, əməkdar incəsənət xadimi,
Eldar Mansurov-bəstəkar,
Afaq Məlikova-xalq artisti, Azərbaycan dövlət rəqs ansamblının bədii rəhbəri,
Azad Əliyev-dirijor, Opera və Balet teatrının direktoru,
Murad Adıgözəlzadə-əməkdar artist, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru,
Rauf Babayev- xalq artisti, «Qaya» dövlət ansamblının bədii rəhbəri,
Natavan Şeyxova-xalq artisti, mügənni,
Təranə Muradova-xalq artisti, rəqqasə.
Xatırladaq ki, «Avroviziya 2008» yarışmasında Azərbaycanı təmsil etmək üçün üç nəfər mübarizə aparır. Onlar «Sing your song» müsabiqəsinin qalibi Elnur Hüseynov, «Azəristar» müsabiqəsinin iştirakçısı Aynur İsgəndərli və «Unformal» rok qrupudur. Onlardan biri fevralın 2-i keçiriləcək final konsertində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
|