Son 1 gündə «Lukoyl»un səhmləri 7 faiz ucuzlaşıb.
Amerika və Avropadakı ipoteka və maliyyə böhranı Rusiyanın fond bazarını çökdürüb
Amerika və Avropadakı ipoteka və maliyyə böhranı Rusiyanın fond bazarını çökdürüb. Təkcə son 1 gündə «Lukoyl»un səhmləri 7, «Qazprom»un 6, «Sberbank»ın qiymətli kağızları isə 4,5 faiz ucuzlaşıb. Bu vəziyyət ilk növbədə xarici investisiyaların Rusiyaya axınına mənfi təsir göstərəcək. Ekspertlər hesab edirlər ki, Rusiyanın fond və maliyyə bazarı yerli amillərdən çox xarici təsirlərə bağlıdır. Okeanın o tayındakı vəziyyət Avropa və Asiya birjaları ilə müqayisədə Rusiya bazarlarına daha çox təsir göstərir. Analitiklər bu həftədən müşahidə olunan geriləməyə baxmayaraq, qonşu ölkədə iqtisadi vəziyyəti stabil qiymətləndirir və yaxın günlərdə əsas indekslərdə cüzi də olsa, artımın olacağını proqnozlaşdırırlar.
|