Şəhərdaxili telefon danışıqları da pullu olacaq.
Əli Abbasov: «Burada əsas məqsəd odur ki, telefondan səmərəli istifadə olunsun»
Rabitə Nazirliyi şəhərdaxili telefon danışığının hər dəqiqəyə pulun ödənilməsinin tərəfdarıdır. Qurum belə olan halda sosial təbəqələr üçün xüsusi güzəştlərin tətbiqini də vacib sayır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb: «Burada əsas məqsəd odur ki, telefondan səmərəli istifadə olunsun. Hər bir mobil abunəçi hər ay təqribən 15-20 manat ödəyirsə, telefon haqqı üçün 2-3 manat da ödəmir. Ona görə də bu disbalansı həyata keçirmək üçün danışıqların vaxtla ödənilməsini həyata keçirə bilsək və sosial vəziyyəti aşağı olan təbəqələr üçün limit ayırsaq, bu sistemi həyata keçirmək olar. Bu isə 2008-ci ildə nəzərdə tutulmur».
|