«Bakı-Tiflis-Ceyhan» neft kəməri gəlir gətirməyə başlayıb.
2007-ci ilin nəticəsi olaraq kəmərlə daşınan neft üçün Azərbaycana 16,5 milyon dollar divident ödənilib
Azərbaycan neftini dünya bazarlarına çıxaran «Bakı-Tiflis-Ceyhan» neft kəməri ilk gəlirlərini gətirməyə başlayıb. 2007-ci ilin nəticəsi olaraq kəmərlə daşınan neft üçün Azərbaycana ilk divident ödənilib. 16,5 milyon dollar məbləğində olan divident yanvarın 16-da Dövlət Neft Fonduna köçürülüb.
Xatırladaq ki, 2007-ci ildə «Bakı-Tiflis-Ceyhan» kəməri ilə 27,5 milyon ton neft ixrac olunub, 2008-ci ildə isə neft ixracının daha da artacağı gözlənilir. Ümumilikdə isə kəmərin buraxıcılıq qabiliyyəti ildə 50 milyon tondur. Deməli kəmərdən gələn gəlirlər də artmalıdır. Neft Fondundan ANS TV-yə verilən məlumata görə, 2006-cı ildə işə başlayan kəmərin artıq bir il sonra gəlir gətirməsi onun uğurlu layihə olduğunu göstərir.
|