SİLVESTR STALONİ QONDARMA ERMƏNİ SOYQIRIMI HAQDA FİLMƏ ÇƏKİLMƏKDƏN İMTİNA EDİB
«Musa dağında 40 gün» adlanacaq filmdə Mel Gibson çəkiləcək
Hollivudun məşhur aktyoru Silvester Stalloni qondarma erməni soyrqımı haqqında filmə çəkilməkdən imtina edib. ANS PRESS-in Türkiyədəki mənbələrə istinadın verdiyi məlumata görə, bu rolda çəkiləcək aktyor Mel Gibsona qarşı Türkiyədə elektron məktub kampaniyası başlayıb. Verilən məlumatlara görə, «Musa dağında 40 gün» adlanacaq filmi Mel Gibsonun ortağı olduğu «İcon Production» şirkəti çəkəcək.
Qeyd edək ki, Silvest Stalloninin roldan imtina etməsində Türkiyədən göndərilən elektron məktubların təsiri böyük olub. Atatürk Universitetinin akademiki Savaş Eyilməz tərəfindən yaradılan kampaniya çərcivəsində aktyora 3 mindən çox məktub göndərilib. «Stalloni bizim sayəmizdə filmdə çəkilməkdən imtina edib. İndi biz Gibsona həqiqətləri əks etdirən sənədlər göndərməyə başlamışıq».
|