Türkiyə
Yüzilliklər ərzində Türkiyə XIV-XVI əsrlərdə yaranan Osmanlı imperiyasının mərkəzi olub. İmperiya XX əsrin əvvəlinə qədər mövcud olub və Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra süqut edib. 1923-cü ildə milli hərəkatın lideri Mustafa Kamal Atatürk müasir Türkiyə Respublikasının əsasını qoyub. Avropa ilə Asiyanın qovuşduğu ərazidə unikal coğrafi mövqeyi Türkiyəyə regionda böyük təsir qüvvəsinə malik olmağa və Qara dənizə çıxışa nəzarət etməyə imkan verir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür. Uzun illər milli iqtisadiyyatın böhran vəziyyətində olmasından sonra Ankara 2002-ci ildə Beynəlxalq Valyuta Fondunda sərt iqtisadi dirçəliş proqramını razılaşdırıb. Həmin vaxtdan Türkiyə bir sıra müsbət nəticələr əldə edib. Ölkədə iqtisadiyyatın inkişafı hiss olunur, inflyasiya isə aşağı düşüb. Bununla yanaşı, xarici borclar yenə də problem olaraq qalır. Ordunu dünyəvi quruluşlu formada olan dövlətin əsas qarantı hesab edən hərbçilər Türkiyənin siyasi həyatında güclü təsirə malik olublar.
Son zamanlar isə Türkiyənin Avropa Birliyinə daxil olmaq niyyətinə görə hərbi dairələr siyasi arenada o qədər də hiss olunmurlar. Artıq bir neçə ildir ki, Türkiyə ilə qonşusu Yunanıstan arasında gərginlik mövcuddur. Əsas səbəb isə Egey dənizində ərazi mübahisəsi, yunan və türk hissələrinə bölünən Kiprin taleyidir. Türkiyə hələ 1999-cu ildə Avropa Birliyinə rəsmi namizəd statusu qazanıb. Namizədlərə verilən tələblərə uyğun olaraq, Ankara həm iqtisadi sahədə, həm də insan hüquqları sahəsində ciddi islahatlar keçirib. Ölkədə ölüm hökmü ləğv olunub, işgəncələrə qarşı daha ciddi addımlar atılıb, həmçinin, cinayət məcəlləsində bir sıra başqa köklü dəyişikliklər edilib. Qadın hüquqlarına, kürdlərin öz dillərində təhsil alma və veriliş hazırlama da daxil olmaqla, mədəni hüquqlarına dair mühüm islahatlar keçirilib. Siyasi sövdələşmələrin gərginliyindən sonra, Avropa Birliyinə daxil olma barədə danışıqlar nəhayət ki, 2005-ci ilin oktyabrında başlayıb. Bu danışıqların 10 ilə yaxın uzanacağı gözlənilir. Hələlik isə danışıqlar çətin gedir. Bu çətinlik Türkiyənin Kipri Avropa Birliyinin üzvü kimi qəbul etməsindən bir neçə həftə sonra baş verib. Belə ki, Ankara bu addımın heç də Kiprin diplomatik olaraq tam tanınması mənası vermədiyini bəyan edib.
1980-90-cı illərdə ölkənin şərq və cənub-şərqində Kürdüstan Fəhlə Partiyasının (PKK) sepаratçıları ilə Türkiyə hərbçiləri arasında çoxillik vətəndaş müharibəsi gedirdi. Bu vətəndaş müharibəsində 30 minə yaxın insan həlak olub. PKK kürdlərin siyasi və mədəni hüquqlarının genişlənməsinə nail olmaq istəyir. 2004-cü ilin yayında kürd sepаratçıları 5 illik atəşkəs rejimindən çıxdıqlarını bəyan ediblər. Onlar türk hakimiyyətini kürd silahlılarının məhvi üçün əməliyyat keçirməsində günahlandırıblar. Həmin vaxtdan ölkənin cənub-şərqində kürd silahlıları ilə türk hərbçiləri arasında bir neçə qarşıdurma olub. Yeni zorakılıq aktı artıq onlarсa insanın ölümünə səbəb olub.
Azərbaycana və Türkiyəyə ərazi iddiası olduğu üçün yalnız Ermənistanla diplomatik əlaqələrini kəsib.
FAKTLAR
Rəsmi adı: Türkiyə Respublikası
Əhali: 71,1 mln insan (BMT-nin məlumatı, 2006)
Paytaxt: Ankara
Ərazi: 779 452 kv km
Əsas dil: türk
Əsas din: İslam
Orta yaş həddi ( kişi/qadın): 68 yaşdan-73 yaşadək (BMT-nin məlumatı)
Pul vahidi: türk lirəsi = 100 pens
Əsas ixracı: meyvə və tərəvəz, parça, paltar, qara metal və polad
Adambaşına düşən ortaillik gəlir: 4 710 dollar (Ümümdünya bankının məlumatları, 2005)
İnternetdə domen: tr
Beynəlxalq telefon kodu: +90
MEDİA
Türkiyədə radio və televiziya çox yaxşı inkişaf edib. Dövlət teleradio yayımı korporasiyası TRT 300-ə yaxın özəl televiziya kanalı və 1000-dən çox radiostansiya ilə rəqabət aparır. Bir çox çap mətbu orqanları, telekanallar və radiostansiyalar böyük biznesə, məsələn, aparıcı media konqlomeratı “Doğan” qrupuna məxsusdur. Türkiyə jurnalistləri üçün ən təhlükəli hərbçilərin təsiri, kürdlərin vəziyyəti və İslam dininin siyasiləşməsindən yazmaqdır. Bu mövzularda yazmaq bəzən həbslərə və məhkəmə təqiblərinə gətirib çıxarır. Hüquq müdafiə təşkilatları və qrupları zaman-zaman jurnalistlərin həbsi və polislərin onlara hücumu barədə xəbər verirlər. Tez-tez radiostansiyalar və televiziya kanalları müvəqqəti olaraq ağrılı mövzularda materialların proqramlara daxil edilməsinə görə yayım hüququndan məhrum edilirlər. Jurnalistlərə qarşı daha sərt cəzalar AB-yə daxilolma üçün keçirilən islahatlar çərçivəsində ləğv olunub. Lakin əsası Parisdə olan “Sərhədsiz reportyorlar təşkilatы” 2006-cı ildəki hesabatında qeyd edib ki, jurnalistlər hələ də “məhkəmə özbaşınalığından asılıdırlar”. Türk millətinin təhqir edilməsi cinayət kimi qəbul edilir və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Məhz bu maddəyə görə jurnalistlərə və mətbuat orqanlarına qarşı tez-tez ittiham irəli sürülür. Uzun illər ərzində ölkədə kürd dilində veriliş vermək qadağan olunmuşdu, amma 2004-cü ilin iyun ayından dövlət teleradio şirkətinin proqramlarında bu dildə verilişlər verilir. Bu addım Türkiyənin millətlərin və milli azlıqların hüquqları sahəsində AB standartlarına uyğunlaşdırma ilə bağlı keçirdiyi islahatların bir hissəsi oldu. Türkiyə tamaşaçıları kürd dilində peyk telekanallarına da baxa bilərlər.
Mətbuat
“Hürriyyət” – böyük tirajlı gündəlik qəzet
“Milliyyət”- böyük tirajlı gündəlik qəzet
“Cümhuriyyət” – sol cərəyanın gündəlik qəzeti
“Türkey daily news”- ingilis dilində
“New Anatolian” – ingilis dilində
“Zaman” – gündəlik qəzetin ingilis dilində internet versiyası
“Yeni əsir” – gündəlik qəzet
“Sabah”- gündəlik qəzet
Televiziya
Türkiyə radio və televiziyası (TRT) – dövlət korporasiyası, dörd milli telekanalda yayımlanır
“Star TV” – birinci özəl kanal, televiziyada dövlət monopoliyasına son qoyub
“Şou TV” – özəl televiziya şəbəkəsi, böyük populyarlıq qazanıb
“Kanal D”- özəl televiziya şəbəkəsi, böyük populyarlıq qazanıb
ATV – özəl kanal
HTV- özəl kanal
“CNN Turk” – xəbər kanalının Türkiyə bürosu
|