|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-01-15, 22.31 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Yanvar » 11 » Google ve wikipediya artiq reqib oldular...
Google ve wikipediya artiq reqib oldular... | 00.53 |
Bəli, bəli.. Səhv deyil bu. Google və Wikipedia artiq bir-birinə rəqib olacaqlar. Bu başlığı özüm yazmasaydım, yəqin bir xeyli təəccüblənərdim. Həmişə google search-un səhifələrində relevantlığına görə birinci yerdə görməyə alışdığımız Wikipedia necə onun rəqibinə çevrilə bilər? Səbəb isə birdir: inkişaf və yenilənmə. Bu inkişaf prosesinə start verən Wikipedia artıq 14 milyon dollar investisiya sərf olunan Wikia Search – u test etmək üçün istifadəyə buraxdı. Sıralanma alqoritmini sirr saxlayan Google-dan fərqli olaraq Wikia Search-un daha şəffaf işləyəcəyi haqqında məlumat verilir. Yaxın zamanda 50-100 milyon indekslənmiş internet səhifələrini onun köməyilə tapmaq mümkün olacaq. Wikipedianın yaradıcılarından Cimmi Uels (Jimmy Wales) yaxın illərdə Wikiadan Google nəticələrini gözləmədiyini söyləyib. Təxminən eyni günlərdə Google da yeni proyektini beta sınaq üçün hazırlayıb. Düşünürəm ki, Wikipedianın analoqu olacaq Google Knol çox tez məşhurlaşaraq, onu kölgədə qoyacaq. Hələ ancaq dəvətlilərin istifadə etdiyi bu ensiklopediyanın üstünlükləri artıq dillərdə dolaşır. Adi insanların yazısı üçün açıq olacaq ensiklopediya üzərində eyni zamanda ekspertlər də işləyəcək və hətta hal-hazırda işləyirlər. Bundan əlavə, yazılar üçün pul ödənilməsi qərara alınıb, yəni reklamdan bir-neçə %. Həm də müəlliflər öz reklamlarını da yerləşdirmək imkanına malik olacaqlar. Bu da o deməkdir ki, yazılar nə qədər keyfiyyətli olarsa, müəlliflərin qazanmaq imkanı daha da artıq olacaq. Beləliklə, bu öz-özünə tənzimlənən sistem Google search-də Wikipedia-nın səhifələrini sıxışdırmaqla ona əsl meydan oxuyacaq. Son olaraq qeyd etmək istəyirəm ki, Wikia – havay sözü wikidən göturülüb, mənası çevik deməkdir. Knol isə ingilislərin knowledge – bilik sözünün qısaldılmış və şirinləşdirilmiş formasıdır.
|
Category: Ordan-burdan |
Views: 837 |
Added by: admin
| Rating: 0.0/0 |
|
| |