|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 7 Qonaq: 7 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 02.50 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Yanvar » 11 » Bp neft şirkəti
Bp neft şirkəti | 21.45 |
Analitiklər BP-yə "od qoydu" Avropada ikinci neft şirkəti olan BP-nin səhmləri 4,55 ucuzlaşıb. Korporasiyanın qiymətli kağızlarının qiyməti 2003-cü ilin martından bəri belə sürətlə aşağı düşməmişdi. Səbəb fond bazarının analitiklərinin korporasiyanın 2007-ci ilin dördüncü rübündəki gəlirləriylə bağlı proqnozu azaltmalarıdır. BP-dən "Bloomberg" agentliyinə verilən məlumata görə, ötən ilin son rübü ilə bağlı heç bir rəsmi proqnozlar verməyiblər: "Bu məlumatlar fevralın əvvəlində məlum olacaq". "Merrill Lynch" isə BP-nin təxminlənən gəlir səviyyəsi barədə hesabatında çox ciddi dəyişikliklər edib. ABŞ-ın ən iri investisiya banklarından birinin analitikləri BP-nin ötən ilin dördüncü rübündəki gəlirləriylə bağlı proqnozlarını 25% azaldaraq $4,4-ə çatdırıblar. BP son vaxtlar yeni yataqların istismara verilməsindəki ləngimələr və mövcud yataqlardakı ehtiyatların tükənməsiylə bağlı problemlər yaşayır. Korporasiyanın yeni rəhbəri Toni Heyord bildirib ki, "şirkətin əldə etdiyi gəlir dəhşətlidir". Bununla bağlı olaraq o, BP-nin idarəetmə sistemində köklü islahatların aparılacağını deyib.
|
Category: Yeni Xəbərlər |
Views: 728 |
Added by: admin
| Rating: 0.0/0 |
|
| |