Cütlük 1,5 milyon funt sterlinqə aldıqları 19-cu əsrə aid evi satmaq istəyirlər.
Bekhemlər ailəsi 1, 5 milyon funt sterlinq dəyərində ziyana düşə bilər. Belə ki, cütlük Fransadakı mülklərini satmaq qərarına gəliblər. Devid və Viktoriya Bekhemlərin 1,5 milyon funt sterlinqə aldıqları evdə ruhlar dolaşırlar. Məhz elə bu səbəbdən onlar bu evdə bir gün belə yaşamaq istəmirlər.
Artıq üç ildir ki, Bekhemlərin şəxsi mülkiyyəti sayılan və 19-cu əsrə aid bu evin qapıları açılmayıb. Cütlük Fransaya gedən zaman Elton Conun evində qalmağa üstünlük verirdi. Lakin sonuncu dəfə bu ölkəyə səfər etdikdə onlar evlərində qalmağa üstünlük verirlər və peşiman olurlar. Evdə olduqları müddət ərzində ailəni qəribə səslər və qəribə hisslər narahat etməyə başlayır. Az sonra isə məlum olur ki, sözügedən evdə bundan öncəki sahibin ruhu dolaşır.
Cütlük evdə baş verən mifik hadisələri bildikdən sonra kiminsə bu evi alacağına ümid etmirlər.