http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-04-24, 15.13MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » My articles

Qerib Azerilerin 2-ci Veteni- Turkiye
Türkiyə

TurkeyYüzilliklər ərzində Türkiyə XIV-XVI əsrlərdə yaranan Osmanlı imperiyasının mərkəzi olub. İmperiya XX əsrin əvvəlinə qədər mövcud olub və Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra süqut edib. 1923-cü ildə milli hərəkatın lideri Mustafa Kamal Atatürk müasir Türkiyə Respublikasının əsasını qoyub. Avropa ilə Asiyanın qovuşduğu ərazidə unikal coğrafi mövqeyi Türkiyəyə regionda böyük təsir qüvvəsinə malik olmağa və Qara dənizə çıxışa nəzarət etməyə imkan verir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür. Uzun illər milli iqtisadiyyatın böhran vəziyyətində olmasından sonra Ankara 2002-ci ildə Beynəlxalq Valyuta Fondunda sərt iqtisadi dirçəliş proqramını razılaşdırıb. Həmin vaxtdan Türkiyə bir sıra müsbət nəticələr əldə edib. Ölkədə iqtisadiyyatın inkişafı hiss olunur, inflyasiya isə aşağı düşüb. Bununla yanaşı, xarici borclar yenə də problem olaraq qalır. Ordunu dünyəvi quruluşlu formada olan dövlətin əsas qarantı hesab edən hərbçilər Türkiyənin siyasi həyatında güclü təsirə malik olublar.

Son zamanlar isə Türkiyənin Avropa Birliyinə daxil olmaq niyyətinə görə hərbi dairələr siyasi arenada o qədər də hiss olunmurlar. Artıq bir neçə ildir ki, Türkiyə ilə qonşusu Yunanıstan arasında gərginlik mövcuddur. Əsas səbəb isə Egey dənizində ərazi mübahisəsi, yunan və türk hissələrinə bölünən Kiprin taleyidir. Türkiyə hələ 1999-cu ildə Avropa Birliyinə rəsmi namizəd statusu qazanıb. Namizədlərə verilən tələblərə uyğun olaraq, Ankara həm iqtisadi sahədə, həm də insan hüquqları sahəsində ciddi islahatlar keçirib. Ölkədə ölüm hökmü ləğv olunub, işgəncələrə qarşı daha ciddi addımlar atılıb, həmçinin, cinayət məcəlləsində bir sıra başqa köklü dəyişikliklər edilib. Qadın hüquqlarına, kürdlərin öz dillərində təhsil alma və veriliş hazırlama da daxil olmaqla, mədəni hüquqlarına dair mühüm islahatlar keçirilib. Siyasi sövdələşmələrin gərginliyindən sonra, Avropa Birliyinə daxil olma barədə danışıqlar nəhayət ki, 2005-ci ilin oktyabrında başlayıb. Bu danışıqların 10 ilə yaxın uzanacağı gözlənilir. Hələlik isə danışıqlar çətin gedir. Bu çətinlik Türkiyənin Kipri Avropa Birliyinin üzvü kimi qəbul etməsindən bir neçə həftə sonra baş verib. Belə ki, Ankara bu addımın heç də Kiprin diplomatik olaraq tam tanınması mənası vermədiyini bəyan edib.
1980-90-cı illərdə ölkənin şərq və cənub-şərqində Kürdüstan Fəhlə Partiyasının (PKK) sepаratçıları ilə Türkiyə hərbçiləri arasında çoxillik vətəndaş müharibəsi gedirdi. Bu vətəndaş müharibəsində 30 minə yaxın insan həlak olub. PKK kürdlərin siyasi və mədəni hüquqlarının genişlənməsinə nail olmaq istəyir. 2004-cü ilin yayında kürd sepаratçıları 5 illik atəşkəs rejimindən çıxdıqlarını bəyan ediblər. Onlar türk hakimiyyətini kürd silahlılarının məhvi üçün əməliyyat keçirməsində günahlandırıblar. Həmin vaxtdan ölkənin cənub-şərqində kürd silahlıları ilə türk hərbçiləri arasında bir neçə qarşıdurma olub. Yeni zorakılıq aktı artıq onlarсa insanın ölümünə səbəb olub.
Azərbaycana və Türkiyəyə ərazi iddiası olduğu üçün yalnız Ermənistanla diplomatik əlaqələrini kəsib.

FAKTLAR
IstanbulRəsmi adı: Türkiyə Respublikası
Əhali: 71,1 mln insan (BMT-nin məlumatı, 2006)
Paytaxt: Ankara
Ərazi: 779 452 kv km
Əsas dil: türk
Əsas din: İslam
Orta yaş həddi ( kişi/qadın): 68 yaşdan-73 yaşadək (BMT-nin məlumatı)
Pul vahidi: türk lirəsi = 100 pens
Əsas ixracı: meyvə və tərəvəz, parça, paltar, qara metal və polad
Adambaşına düşən ortaillik gəlir: 4 710 dollar (Ümümdünya bankının məlumatları, 2005)
İnternetdə domen: tr
Beynəlxalq telefon kodu: +90

Prezident: Əhməd Necdət Sezer
Ahmet Necdet SezerƏhməd Necdət Sezər 2000-ci ildə and içib və Türkiyənin aktiv siyasi xadimi və yüksək hərbi çini olmayan ilk prezidenti olub. Keçmişdə konstitusiya məhkəməsində baş hakim olub, o, söz azadlığının müdafiəçisi və aristokrat hakimiyyətinin sözsüz tərəfdarı hesab olunur. Türkiyənin prezidentini parlament yeddi il müddətinə seçir. Prezident baş naziri təyin edir və onun parlamenti buraxmaq hüququ var. Amma qanunverici hakimiyyət parlamentin – Böyük Millət Məclisinin əlindədir . Ə.N. Sezərin hakimiyyət müddəti 2007-ci ildə bitir.

Baş Nazir: Rəcəb Tayyip Ərdoğan
Recep ErdoganƏdalət və İnkişaf Partiyasının lideri 2002-ci ilin noyabr ayında parlament seçkisində partiyanın qələbəsindən bir neçə ay sonra baş nazir olub. Ərdoğanın özünün məhkumluğuna görə seçkidə iştirak etmək hüququ olmayıb. O, 1998-ci ildə siyasi mitinqdə islami şeir oxuyaraq, dini düşmənçiliyin qızışdırılmasında günahkar bilinib və bir neçə ay həbsxanada keçirməli olub. Türkiyə qanunlarına görə, nazir mütləq parlamentin üzvü olmalıdır. Buna görə də birinci baş nazir kreslosunu Ədalət və İnkişaf Partiyasının liderinin müavini Abdulla Gül tutmuşdu, Ərdoğan yenə də ölkədə nəzərəçarpan rol oynayırdı. Tezliklə Türkiyə Кonstitusiyasına dəyişikliklər əlavə olundu. Bu dəyişikliklər Ərdoğana əlavə seçkidə iştirak etməyə icazə verdi. 2003-cü ilin mart ayında R. T. Ərdoğan parlamentə seçildi, bir neçə gün sonra isə A. Gül istefaya getdi və Ərdoğan boşalan baş nazir vəzifəsini tutdu.
R. T. Ərdoğan kasıb ailədə anadan olub. O, oxumağa pul qazanmaq üçün küçədə alver edib. Ərdoğan imam-xətib məktəbini bitirib və universitetə daxil olub. O, ixtisasca iqtisadiyyatçıdır. 1990-cı illərin ortalarında İstanbulun meri olanda o, bələdiyyə müəssisələrinin yeməkxanalarında spirtli içkilərə qadağa qoyub və şəhər xidmətlərinin işini sahmana saldığına görə böyük populyarlıq qazanıb. Ölkənin Avropa Birliyinə qəbul edilməsini özünə əsas məqsəd seçən Ərdoğan vacib islahatlar keçirə bilib və nəticədə 2005-ci ilin oktyabr ayında birliyə daxilolma barədə danışıqların başlamasına nail olub. Ərdoğanın partiyasının islam kökləri olmasına baxmayaraq o özünü aristokrat idarəetməsinin tərəfdarı hesab edir. Amma hökumət aristokratik idarəetmə tərəfdarlarının narazılığına səbəb olur. Onlardan bəziləri hesab edir ki, hokumət islami siyasət yürüdür.

Xarici işlər naziri: Abdulla Gül
Daxili işlər naziri: Əbdülqadir Aksu
Maliyyə naziri: Kamal Unakıtan

MEDİA
Türkiyədə radio və televiziya çox yaxşı inkişaf edib. Dövlət teleradio yayımı korporasiyası TRT 300-ə yaxın özəl televiziya kanalı və 1000-dən çox radiostansiya ilə rəqabət aparır. Bir çox çap mətbu orqanları, telekanallar və radiostansiyalar böyük biznesə, məsələn, aparıcı media konqlomeratı “Doğan” qrupuna məxsusdur. Türkiyə jurnalistləri üçün ən təhlükəli hərbçilərin təsiri, kürdlərin vəziyyəti və İslam dininin siyasiləşməsindən yazmaqdır. Bu mövzularda yazmaq bəzən həbslərə və məhkəmə təqiblərinə gətirib çıxarır. Hüquq müdafiə təşkilatları və qrupları zaman-zaman jurnalistlərin həbsi və polislərin onlara hücumu barədə xəbər verirlər. Tez-tez radiostansiyalar və televiziya kanalları müvəqqəti olaraq ağrılı mövzularda materialların proqramlara daxil edilməsinə görə yayım hüququndan məhrum edilirlər. Jurnalistlərə qarşı daha sərt cəzalar AB-yə daxilolma üçün keçirilən islahatlar çərçivəsində ləğv olunub. Lakin əsası Parisdə olan “Sərhədsiz reportyorlar təşkilatы” 2006-cı ildəki hesabatında qeyd edib ki, jurnalistlər hələ də “məhkəmə özbaşınalığından asılıdırlar”. Türk millətinin təhqir edilməsi cinayət kimi qəbul edilir və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Məhz bu maddəyə görə jurnalistlərə və mətbuat orqanlarına qarşı tez-tez ittiham irəli sürülür. Uzun illər ərzində ölkədə kürd dilində veriliş vermək qadağan olunmuşdu, amma 2004-cü ilin iyun ayından dövlət teleradio şirkətinin proqramlarında bu dildə verilişlər verilir. Bu addım Türkiyənin millətlərin və milli azlıqların hüquqları sahəsində AB standartlarına uyğunlaşdırma ilə bağlı keçirdiyi islahatların bir hissəsi oldu. Türkiyə tamaşaçıları kürd dilində peyk telekanallarına da baxa bilərlər.

Mətbuat
“Hürriyyət” – böyük tirajlı gündəlik qəzet
“Milliyyət”- böyük tirajlı gündəlik qəzet
“Cümhuriyyət” – sol cərəyanın gündəlik qəzeti
“Türkey daily news”- ingilis dilində
“New Anatolian” – ingilis dilində
“Zaman” – gündəlik qəzetin ingilis dilində internet versiyası
“Yeni əsir” – gündəlik qəzet
“Sabah”- gündəlik qəzet

Televiziya
Türkiyə radio və televiziyası (TRT) – dövlət korporasiyası, dörd milli telekanalda yayımlanır
“Star TV” – birinci özəl kanal, televiziyada dövlət monopoliyasına son qoyub
“Şou TV” – özəl televiziya şəbəkəsi, böyük populyarlıq qazanıb
“Kanal D”- özəl televiziya şəbəkəsi, böyük populyarlıq qazanıb
ATV – özəl kanal
HTV- özəl kanal
“CNN Turk” – xəbər kanalının Türkiyə bürosu

Yazar: My articles | Əlavə edən: admin (2007-12-18)
Baxış sayı: 882 | Şərhlər: 3 | Reytinq: 0.0/0
Cəmi Şərh: 3
2007-12-21
3. Xudaverdi (psiko_turanci) [Giriş ]

xancan yaxşıdır

2007-12-19
2. Senan (Sago) [Giriş ]

Dogurdan da super

2007-12-18
1. elvin necefov (keder) [Giriş ]

ala bu nedi ala super soz tapa bilmireme...............


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!