http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-04-24, 07.23MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » My articles

SMS-lerde bölünen Azerbaycan

SMS-lərdə bölünən Azərbaycan

Demək olar ki, əksər televiziya kanallarında həyata keçirilən SMS-li proqramlara cəmiyyətdə münasibətin birmənalı olmadığı aydındır. Tənqidlərin motivi müxtəlifdir. Kimi həmin yarışmalara qatılan gənclərin səviyyələrindən (bəlkə də səviyyəsizliyindən), kimi aparıcıların əndazəni aşan şıltaq hərəkətlərindən, kimisi də münsiflər heyətinin meyarlarından şikayətlidir.
Amma Azərbaycan teleməkanında həyata keçirilən ilk SMS-li yarışmadan bu günə qədər sürən proqramlarda bir məqam var ki, yuxarıda sadaladığımız bütün çatışmazlıqları kölgədə qoyur. Bu da yarışa qatılmış gənclərin simasında Azərbaycan bölgələrinin, hətta rayonların üz-üzə qoyulmasıdır. Nəyin uğruna? Yalnız daha çox pul götürməyin.
"Bölgə", "region" məvhumu ənənəvi olaraq ərazisi ucsuz-bucaqsız ölkələrdə inzibati idarəetməni asanlaşdırmaq üçün işlədilir. ABŞ-da ştatların, Rusiyada diyarların, regionların olması təbiidir. Amma dünya xəritəsi fonunda çox kiçik görünən və ərazisinin faktiki olaraq 20 faizi işğal altında olan bir ölkənin regionlara bölünməsi Azərbaycanın "unitar dövlət" quruluşuna zidd olması ilə bərabər çox gülünc səslənir. Elə bu günlərdə "Qarabağ bölgəsindən səs gözləyirəm" deyən bir gəncin acizanə yalvarışı kimi. Bəzən, şəxsi maraqlar və sadəlövh insanlardan daha çox pul qazanmaq naminə edilən bölgəçilik, etnik-siyasi müstəviyə keçir.
Bu yaxınlarda ANS telekanalında yayımlanan meyxana yarışmasında iştirakçılardan biri Azərbaycanın yeddi rayonun "talış torpağı" elan etdi. Bu "kəşf", iştirakçının bədahətən dediyi meyxana olsaydı, bəlkə də, düşünmək olardı ki, başqa qafiyə tapa bilməyib, ona görə bu sözləri deyir. Amma maraqlıdır ki, meyxanaçı həmin meyxananı məhz "ev tapşırığı" olaraq söyləyirdi. Yəni, Azərbaycanın yeddi rayonunu "talış torpağı" elan edəcəyinə əvvəldən hazırlanmışdı. Müəmma yaranır, bəlkə bu qafiyə heç həmin meyxanaçının öz tapıntısı deyil, hansısa qüvvələr televiya vasitəsilə belə bir söz birləşməsinin işlədilməsini ona sifariş verib? Əlbəttə, bu iradımızın hədəfi qardaş talış xalqı deyil. Amma hər kəs bilməlidir ki, Azərbaycanın zəngin etnik palitrası olmasına rəğmən, yalnız Azərbaycan torpağı var (təəssüf ki, sözügedən telekanal rəhbərliyi belə həssas məsələlərə diqqət etmədiyi üçün buna bənzər xətalar yenə də davam edir).
"Lider" TV-də yayımlanan aşıq yarışmasında isə bir qədər də irəli gedərək iştirakçıların adlarının altından hansı rayonu təmsil etdiyini yazırlar. Yenə də bir maraq var. Adına "maddi" deyilən maraq.
Həyata keçirilən SMS-li yarışmaların təşkilatçıları hər zaman bir sözü ağızdolusu deyirlər: "Məqsədimiz istedadlı, layiqli gəncləri üzə çıxarmaqdır". Əcəba, bu necə istedad axtarışıdır ki, "quzu qurda" peşkəş edilir. İştirakçılar ifalarına, qabiliyyətinə görə deyil, mənsub olduğu rayonun əhalisinin çox və ya az olmasına görə müəyyənləşir. Məsələn, Samux rayonundan olan bir gənc çox istedadlı olmasına baxmayaraq, irəli keçə bilmir, Bakıdan olan qabliyyətsiz bir iştirakçı isə daim liderdir. Bu prinsiplə keçirilən yarışmalar əslində istedadların üzə çıxarılması yox, onların daha da geri düşməsi ilə nəticələnir. Çünki istedadlı gənc öz "kiçik rayonu"na qayıdarkən ona, "istedadlı olsaydı səs verərdilər" nəzərləri ilə yanaşırlar.
Maddiyyata çox şeyi qurban vermək olar, amma hər şeyi yox...

Yazar: My articles | Əlavə edən: admin (2007-12-14) | Müəllif: xancan
Baxış sayı: 891 | Şərhlər: 4 | Reytinq: 1.0/7
Cəmi Şərh: 4
2009-07-26
4. FERID (FERID) [Giriş ]

cox ureyimce oldu bravo,duz qeyd elemisen.Sinir oluram sms yariwmalarina baxanda angry

2009-04-26
3. belladonna (muxalif) [Giriş ]

ehhhhhhhhhhhhhhhhh(((((((((((((((bu millete ureyim agriyir eeee...bilmirem duzelecek ya yox...heyatda optimis 1yem ama bu milletin sonu yaxsi gormuremmmm

2008-01-16
2. xancan (admin) [Giriş ]

h ahh:)

2007-12-14
1. catalina (catalina) [Giriş ]

DUZ DEYİRSEN AXİRKİ DOGRU BİR MOVZU TAPDİN BU AZERBAYCAN ÜÇÜN ACİNACAQLİ HALDİ:'(


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!