http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-23, 15.22MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » My articles

Qarabag Avroparlamentine "baha" göründü

  
  
  

 
  





Qarabağ Avroparlamentə "baha" göründü


Qurum münaqişə ilə bağlı məruzə hazırlamağa vəsait tapmır



Avropa Parlamenti gələn il üçün büdcəsində də Qarabağ münaqişəsi ilə bağlı ayrıca məruzənin hazırlanmasına vəsait ayırmayıb. Səbəb təşkilatın maliyyə sıxıntıları ilə bağlıdır. Bu barədə "Ekspress"ə eksklüziv açıqlamasında, Avroparlamentin sabiq üzvü və Qarabağ münaqişəsi üzrə keçmiş xüsusi məruzəçisi Pyer Qarton bildirib.

 Vəsait tapılsaydı, yeni məruzəçi bölgəyə gələcək və məruzə hazırlayacaqdı.

Xatırladaq ki, Avropa Parlamentinin Luksemburqdan olan deputatı, xarici əlaqələr komitəsinin üzvü Lidiya Polter bu ilin yayında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin olunub və o, bir dəfə, sentyabrda Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin nümayəndə heyətinin tərkibində Bakıda olub. 

"Məsələ burasındadır ki, Avrokomissiyadan fərqli olaraq, Brüsseldə Avroparlamentin büdcəsi üçün yalnız konkret məsələlərlə bağlı məruzələrin hazırlanmasını nəzərdə tutan cüzi vəsait ayrılır ki, bu da ən aktual mövzular üçün seçilir", - mənbə bildirib.

Buna baxmayaraq, Brüssel "üç il öncə yarımçıq qalmış işini" tamamlamaq istəyir. Həmin vaxt Qarton münaqişə ilə bağlı məruzəsində "5 rayon əvəzinə dəmir yolu" modelini irəli sürmüşdü və sənəd İrəvanın təkidi ilə rədd edilmişdi.

"Avropa Parlamentinin təcrübəsində münaqişələri tənzimləmək olmasa da, nizamlamaya müsbət istiqamət vermək təcrübəsi var. Biz bunu Qarabağ məsələsində də nümayiş etdirmişik. Hazırda Brüsseldə sülh danışıqlarına göstərilən diqqət də bununla bağlıdır", - mənbə vurğulayıb.

 Qarton hazırda Avroparlamentdə administrativ vəzifədə çalışır. Onun işi qurumun münaqişələrlə bağlı fəaliyyətini analiz etməkdir: "Mən artıq keçmiş məruzəsi kimi parlament rəhbərliyini öz bilgilərimlə məlumatlandırmışam. Yaxın vaxtlarda bir neçə deputat münaqişə ilə tanışlıq məqsədi ilə regiona səfər etməli idi".

Ekspertin fikrincə, həm Azərbaycan, həm də Ermənistan nizamlama prosesində "vaxt uzadır". Bugünlərdə Avroparlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edən qurumun xüsusi nümayəndəsi Piter Semnebi də Bakını neft gəlirləri hesabına silahlanmada ittiham edib.

"Avropada belə fikir formalaşıb ki, Azərbaycanın hərbi güclənməsi ona gətirib çıxarır ki, ölkə sülh nizamlamasını o qədər də aktual hesab etmir, - Qarton bildirir. - Ermənistan isə hələ də öz ambisiyalarındadır və vaxta bel bağlayıb".

Ə.Raufoğlu

Yazar: My articles | Əlavə edən: admin (2007-12-13) | Müəllif: xancan
Baxış sayı: 813 | Şərhlər: 1 | Reytinq: 0.0/0
Cəmi Şərh: 1
2007-12-19
1. Xudaverdi (psiko_turanci) [Giriş ]

Ermeniye ölüm.


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!