Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 18.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Mart » 8 » Hafizənin yoxlanması
Hafizənin yoxlanması
12.01
Hafizənin yoxlanması
 
 
 
Çox adam hafizəsindən şikayət edir və Makedoniyalı İskəndər kimi güclü yaddaşa malik olmağı arzulayır. Deyilənlərə görə, İskəndər bütün əsgərlərinin adını əzbərdən bilirdi. Loqarifmlər cədvəlini əzbərdən yadda saxlayan akademik Landaunun da hafizəsinə qibtə etmək olar. Lakin həsəd aparmaq lazım deyil - hər şey öz əlinizdədir. Soruşacaqsınız ki, məgər hafizəni bu dərəcədə inkişaf etdirmək mümkündürmü? Bəli, mümkündür. Alimlər sübut edir ki, insanın beyni ən xırda detalları belə yadda saxlamağa qadirdir. Bütün bu informasiyanı sonradan bərpa etmək üçün yalnız inad və mütəmadi məşqlər tələb olunur. Hər insanın individual yadda saxlama stili var, yəni hər birimiz informasiyanı unutmamaq üçün müxtəlif üsullardan və fəndlərdən istifadə edirik. Yəqin ki, sənin də təcrübəndə hər hansı bir məlumatı yadda saxlamağa kömək edən metodlar mövcuddur. Əgər yox, onda təqdim etdiyimiz material məhz sənin üçündür. Təklif etdiyimiz məşqlər müxtəlif hafizə növlərinin inkişafına yönəldilir və kifayət qədər sadədir. Onların sırasından özünə daha münasib olanı seç və hafizəni gücləndir. Göz yaddaşı Göz, insanın informasiya aldığı ən əsas kanallardan biridir. İnformasiya insanın göz hafizəsində həkk olunur. Təbii ki, göz yaddaşı müxtəlif insanlarda müxtəlif dərəcədə inkişaf edib - kimidə çox, kimidə az. Məsələn, güclü göz yaddaşına malik olan adamlar bir-iki dəfə baxmaqla hər hansı bir riyazi və ya fizika cədvəli, kimya reaksiyasının formulunu asanlıqla yadda saxlaya bilirlər. Dərs materialını mənimsəmək üçün isə belə insanlara bir neçə dəfə onu oxumaq kifayətdir. İstəyirsən, sənin də belə yaddaşın olsun? Onda təklif etdiyimiz məşqlərə başla! Onların vasitəsilə, istənilən fənlər üzrə, o cumlədən qəbul imtahanlarına, daha yaxşı, daha effektiv hazırlaşa biləcəksən. Birinci məşq - "Obrazın yadda saxlanılması" - üç pillədən ibarətdir. Bəzən hər hansı bir obrazı müəyyən müddətdə yadda saxlamaq və yada salmaqda çətinlik çəkirik. 1. Buna görə zehnini hər hansı bir informasiyadan "tam boşaldıb", 3-10 dəqiqə ərzində istənilən predmetə bax. (diqqətini onun mərkəzi nöqtəsində cəmləşdirib çalış ki, obyekti bütövlükdə görəsən və ya onun müəyyən hissəsini baxış əhatəsinə alasan). Sonra gözünü 3-4 dəqiqəliyə bağlayıb gördüyün obrazı mümkün qədər canlı və dəqiq təxəyyülündə bərpa etməyə çalış. Yaxşı olar ki, canlandırdığın obrazın özü də rəngli olsun. Məşğələ ərzində bunu 5-10 dəfə təkrarla və hər zaman xəyali obrazı onun orijinalı ilə müqayisə et. Hər yeni cəhd digərlərindən fərqlənməlidir, yəni hər dəfə məşqi dəyişik tərzdə yerinə yetirməyə çalış. Əsas məqsəd - istənilən vaxt gerçəklikdə gördüyün obrazı təxəyyülündə "təkrarlamaq" və "silmək"dir. Eni zamanda bəzi insanlar lazımsız informasiyanı yaddan çıxartmaqda da müəyyən dərəcədə çətinlik çəkir. Lazımsız informasiya, yaddaşı "zibilləyərək" yeni materialın mənimsənilməsinə mane olur. Məhz buna görə yadda saxlama vərdişlərilə parallel şəkildə yaddaşdan gərəksiz informasiyanı silmək bacarığını da inkişaf etdirmək lazımdır. 2. İlk növbədə, hər hansı bir əşyanı seç. 3-5 saniyə ərzində (nəfəsini çəkərək) onu ən xırda detallarda yadda saxlamağa çalış. Sonra, gözlərini bağlayıb, 3-5 saniyə ərzində həmin əşyanı təxəyyülündə təkrarla ((nəfəsini saxlayaraq). İndi isə nəfəsini yavaş-yavaş burax və beynindəki obrazı "uzaqlara atmağa" çalış. Bu məşqi bir neçə dəqiqə ərzində təkrarla. Hər 3-5 cəhddən sonra obrazın xəyali təsviri üsulunu dəyiş, yavaş-yavaş daha mürəkkəb obrazlara keç, yadda saxlama müddətini artır və ya azalt və s. Bütün bunların vasitəsilə yaddaşını sürətlə inkişaf etdirə biləcəksən. 3. Gözübağlı vəziyyətdə obrazı canlandırmağı öyrənəndən sonra növbəti məşğələyə keç. Məsələn, rahat pozada divanda əyləş - özünü tam sərbəst hiss etməlisən. Ətrafına nəzər sal - ürəyinə yatan hər hansı bir obyekti seç. Məsələn, masanın üstündəki qlobusu. Ona diqqətlə 5 dəqiqə ərzində bax - çalış ən xırda detalları belə nəzərindən qaçırmayasan. İndi isə gözlərini yumub, ona bir daha təxəyyülündə "bax". Sonra əvvəlcədən hazırladığın təmiz ağ vərəqə baxıb, həmin obrazı ekranda olduğu kimi kağızın üzərində "görməyə" çalış. Konkret əşyaların "canlandırılmasını" öyrənəndən sonra, daha mürəkkəb obrazlara - şəkil, təbrik kartı və s. keçmək olar. Hər məşğələdən əvvəl gözlərini bağla və təxəyyülündə lazımi obrazı canlandırıb, onu ən xırda detalları ilə təkrarla. Həmin metod vasitəsilə intellektual və fiziki məşğələlərin effektivliyini 2-3 dəfə artırmaq olar. Kibritlə məşğələ Xahiş elə, bir nəfər kibritləri stolun üstündə düzüb ağ kağızla örtsün. Sonra kağızı 1-2 saniyəlik qaldırıb, kibritlərdən alınan fiquru sənə göstərsin. Həmin fiqura baxıb, gözlərini bağla və kibritləri saymağa çalış. Sonra gözünü aç və əvvəlcədən hazırladığın digər kibritlərdən yadda saxladığın fiquru eyni gördüyün kimi bərpa etməyə çalış. Kibritlərin sayını və düzdüyün fiquru orijinalla müqayisə et. Əgər yaddaşında asanlıqla 10-a qədər kibrit saxlaya bilirsənsə, bu yaxşı nəticədir. Müşahidəçilik qabiliyyətini və göz yaddaşını inkişaf etdir Bu məşq vasitəsilə gördüklərini daha dərindən dərk edəcəksən və beləliklə, öyrənmək istədiyin materialı dəqiqliklə yadda saxlaya biləcəksən. İstənilən əşyanı (və ya bir neçəsini) masanın üstünə qoy (məsələn, yazı ləvazimatlarını, divardakı şəkili, uşaq oyuncaqlarını, jurnaldakı illüstrasiyanı və s.). Bir dəqiqə ərzində diqqətlə həmin əşyalara bax. Çalış mümkün qədər çox detal yadında qalsın - əşyaların forması, rəngi, dizaynı, modeli və s. Əşyaya xas olan elementlərin miqdarını dərk elə və təxəyyülündə onların siyahısını tut. Sonra həmin əşyanı stolun üstündən götürüb yerini dəyiş. Bir daha köhnə yerə baxaraq, həmin əşyanı əvvəlki kimi təsəvvür etməyə çalış. Bundan sonra gözünün önünə gətirdiyin əşyanın elementlərini kağız üzərində sadala və hazırladığın siyahını orijinalla müqayisə et. Hər məşğələdən sonra nəticələri araşdır. Bunun üçün əşyaların ümumi sayını qeydə al. Hər düzgün müşahidəni "+1" bal kimi , hər yanlış müşahidəni "-1" bal kimi hesabla. Sonra balları topla və əşyaların ümumi sayına böl. Beləliklə, məşğələlərin nəticəsini çıxara biləcəksən. Siseronun metodu Siseronun metodu müxtəlif materialların yadda saxnalılması üçün ən effektiv üsullardan biridir. Bu metoddan qədim dövrlərdən bəri istifadə etməyə başlamışdılar. XIII əsrdə bu metodun vasitəsilə dominikan-rahiblər natiqlik sənətini öyrənirdilər. Rahiblər konkret yolu "seçib", onu təxəyyüllərində "keçirdilər" və "keçdikləri" həmin yol boyunca nitqləri üçün hazırladıqları fikirləri, sözləri "səpələyirdilər". Çıxış zamanı isə həmin yolu bir daha xəyalən keçir, "qoyduqları" fikirləri, sözləri "görüb qaldırırdılar". Sən də həmin metoddan istifadə edə bilərsən. Əvvəlcə lazımi informasiyanı yadda saxlamaqda sənə kömək edəcək şərti "yolu" seç - bu, hər hansı bir küçə, hər gün evə gələndə keçdiyin yol, hətta bir otaqdan digərinə aparan koridor da ola bilər. Belə bir situasiyanı fərz edək - anan səni ərzaq dalınca mağazaya göndərir. Bunun üçün dayanacaqdan mağazaya qədər yol getməlisən. Yadına sal - həmin yolda diqqəti cəlb edən nələr var. İndi isə həmin yadda qalan yerdərdə ev üçün alınacaq ərzaqları "yerləşdir". Məsələn, dayanacaqda yağ qutusunu "qoy", yolda rastlaşdığın hündür ağacın budaqlarından alma "as", təsəvvür et ki, balkonun altında dayanan köhnə maşının içinə makaron tökülüb və s. Beləliklə, mağazaya çatanda, sadəcə olaraq keçdiyin yolu gözünün önünə gətirmək kifayətdir - hər nə almalısansa, dərhal yadına düşəcək. Lakin aşağıdakıları unutma: obrazlar yaxşı yadda qalan yerlərdə "qoyulmalıdır"; kiçik obrazlar həcmdə böyüdülür, irihəcmli obrazlar isə əksinə kiçildilir; assotiativ bağlantı aydın, qeyri-adi və dinamik olmalıdır. Eşitmə yaddaşı Hər bir tələbə və ya şagird lazımi materialı minimal səylərlə yadda saxlamaq və dərindən dərk etmək istəyər. Xüsusilə də, qəbul və ya sınaq imtahanlarına hazırlaşanda və qısa vaxtda böyük materialı öyrənmək lazım olduqda. Müəllimin və ya repetitorun şərhlərini mənimsəyib, dərsi yaxşı və "ömürlük" yadda saxlamaq üçün ən birinci şərt - düzgün qulaq asmaq və eşitdikdərini yadda saxlamaqdır. Bununla, vaxta qənaət edib, digər dərslərə də diqqət yetirə biləcəksən. "Səslərin yadda saxlanılması" Qısa danışıq fraqmentini və ya müxtəlif səsləri maqnitofona yaz - bu, adi söhbət, televiziya və ya radio verilişindən bir parça, hətta sadəcə küçədə eşitdiyin səslər də ola bilər. Lent yazısı təqribən 2-3- dəqiqəlik olmalıdır. Sonra yazıya qulaq as və çalış hər şeyi yadda saxlayasan. Kasetə qılaq asdıqdan sonra danışığı və ya səsləri mümkün qədər ətraflı detallarla yadına salmağa çalış. Hətta yadına saldıqlarını kağız üzərində qeydə ala bilərsən. Sonra kaseti bir daha oxutdur və müqayisə et: xatırladıqların nə dərəcədə orijinala uyğundur. Ən xırda detalları yadına salmağı öyrənməyənə qədər təzə səslər yazma. İstəsən, nəticələri araşdıra bilərsən. Səslərin, sözlərin və ya cümlələrin ümumi sayını hesabla. Hər düzgün cavabı "+1", hər yanlış cavabı isə "-1" kimi qiymətləndir. Əgər eşitdiklərinin hamısını düzgün ardıcıllıqla xatırlaya bilirsənsə - "10", əgər əksəriyyətini - "5" bal əlavə edə bilərsən. Sonra balları toplayıb hesabladığın səs, söz və ya cümlələrin sayına böl. Məşq etdikcə daha yüksək nəticələr əldə edə biləcəksən. Materialı daha asanlıqla yadda saxlamaq üçün nə emək olar...
 
Lazımi informasiyanı yadda saxlamaq üçün insanlar müxtəlif individual metodlardan istifadə edir. Lakin çoxları heç bilmir ki, müraciət etdiyi üsullar nə qədər səmərəsizdir. Çox vaxt məktəb şagirdləri tapşırıqları yadda saxlamaqda çətinlik çəkir. Adətən problem heç də onların zəif hafizəsində deyil. Sadəcə olaraq, onlar bəzən yanlış metodlara əl atır. Məsələn, hər hansı bir şeri sətir-sətir öyrənmək əvəzinə, onu bütövlükdə yadda saxlamağa cəhd göstərirlər. Əlbəttə, əziyyətli olsa da, bu da bir metoddur... lakin çətin ki, materialı bütövlükdə təkrarlamaqla onu yaxşı öyrənə biləcəksiniz. Düzgün öyrənmə metodu, avtomatik olaraq lazımi materialın yadda saxlanılması problemini də həll edir. Bəlkə, sən də istifadə etdiyin üsulları araşdırıb, onları daha səmərəli metodlarla əvəz edərsən Ədəbi əsəri asanlıqla yadda saxlamaq üçün nə etmək lazımdır Əgər hər hansı bir hekayəni və ya müəllifin həyat və yaradıcılığı haqqında materialı yadda saxlamaqda çətinlik çəkirsənsə, aşağıdakı üsuldan istifadə edə bilərsən: Hər hansı bir əsəri, məsələn, hekayəni bir dəfə oxu. Özünü hekayənin baş qəhrəmanı və ya sadəcə iştirakçısı rolunda (bu hətta cansız predmet də ola bilər) təsəvvür et. Təxəyyülündə özünü onunla müqayisə elə, oxşar cəhətləri tap, onun kimi düşünməyə başla, onun kimi hərəkət et. Bir sözlə, təsəvvür et ki, baş qəhrəman (və ya predmet) - elə sən özünsən. İndi isə, ümumi süjeti bilərək, öz rolunu oynamağa başla və hekayəni "yarat". Bunun üçün əvvəlcədən hazırladığın 20-30 sözdən istifadə edə bilərsən (bu, mətnin həcmindən asılıdır). Həmin sözlər hekayəni "yazmaqda" sənə kömək edəcək. Sözləri asanlıqla yadda saxlamaq üçün nə etmək lazımdır Sözləri yadda saxlamaq məqsədilə müxtəlif metodlardan istifadə etmək olar. Ən rahat metodlardan biri - həmin sözlərin bir hekayəyə bağlanılmasıdır. Məqsədin - diktə olunan sözlərdən hekayə qurmaqla onları yadda saxlamaqdır. 20 söz və 30 saniyəlik intervaldan başlamaq məsləhətdir. 18 sözü asanlıqla yadda saxlaya bilirsənsə, sözlərin sayını 100-ə qədər artırıb, onların arasındakı vaxt intervalını 2 saniyəyə kimi azaldaraq daha mürəkkəb tapşırıqlara keçə bilərsən. Məşq prosesində yadda saxlaya biləcəyiniz sözlərin sayını 200-ə çatdırmaq lazımdır. Bu metod çox yaxşı nəticələr verir. Bir az məşq etdikdən sonra xahiş elə ki, sözləri sənə iki-iki diktə etsinlər, sonra pauza verib, üç-üç desinlər (pauza), dörd-dörd, beş-beş və s. Məsələn, aşağıdakı sözləri yadda saxlamağa çalışaq: kitab, çanta, pilləkən, qapı, əjdaha, lampa, yol, ağac, asılqan, balış, telefon, ay. İndi isə təqribən belə bir hekayə "yazmaq" olar: "9-mərtəbəli ev ölçüsündə bir KİTAB görürsən. Bu kitabın üz cildində qırmızı ÇANTA şəkili çəkilib. Həmin çantadan uzun, dairəvi PİLLƏKƏN harasa aparır. Biz pilləkənlə düşürük. Birdən qarşımızda QAPI görünür. Onu açmaq mümkün deyil. Lakin həmin an köməyimizə ƏJDAHA obrazında yaxın dostumuz gəlir. O, qapını açır. Qapı açılanda uzun şnuru olan bir LAMPA görürük. Lakin yaxınlaşanda bu şnur uzun YOLa çevrilir. Bu yolun sonunda böyük AĞAC var. Ağacdan ASILQANLAR asılıb. Ağaca yaxınlaşıb, onlardan birini "dəririk". Birdən göydən "BALIŞ yagışı" yağmağa başlayır. Biz gizlənməyə yer axtarır TELEFON budkası görürük. Ora girib, qapını bağlamaq istəyirik. Qapı isə qəflətən aralanıb Aya uçur". Belə abstrakt hekayə "yazmaq" heç də çətin deyil. Sadəcə olaraq, fantaziyanı işlət mək kifayətdir. Sonra sözləri yada salmaq istəyəndə, hekayəni təxəyyülündə canlandır. Lakin, unutma: hekayələr bir-birinə oxşamamalıdır. Əks halda sözlər başında qarışa bilər. Beləliklə, məşqə başlamazdan əvvəl, aşağıdakıları nəzərə almaq lazımdır: obrazlar qeyri-adi, dəqiq və parlaq olmalıdır. Sən onları təxəyyülündə aydın "görməlisən"; onlar hərəkətdə olmalıdır; obrazları bir-birilə bağladıqda, onları bir-birinin üstünə qoya bilərsən, bir əşya digərinə çevrilə bilər və s. Rəqəmləri asanlıqla yadda saxlamaq üçün nə etmək lazımdır Çoxları rəqəmləri, xüsusilə də önəmli hadisələrin tarixlərini, yadda saxlamaqda çətinlik çəkir. Əgər bu problemlə toqquşmusansa, aşağıdakı metoddan istiəfadə edərək, onu rahatlıqla həll edə bilərsən: Hər hənsı bir tarixi, sənin üçün önəmli olan hadisə ilə bağla. Məsələn, 1993-cü ildə baş verən tarixi hadisəni yadda saxlamalısan. Xatırla - 1993-cü il sənin üçün nəylə əlamətdar idi? Bəlkə, həmin il kiçik qardaşın anadan olub? Çox yaxşı - onda həmin tarixi hadisəni qardaşının anadan olduğu il kimi yadında saxla. Digər üsul - hər hansı bir tarixi, ayrı-ayrı hissələrə bölüb yadda saxlamaqdan ibarətdir. Məsələn, Çaldıran döyüşü 1514-cü ildə baş verib. Bu tarixi yadda saxlamalısan - 1514. İndi isə fikirləş - bəlkə, 15 - telefon nömrənin son rəqəmləri, 14 isə - mənzilinizin nömrəsidir və ya həmin rəqəmlər başqa assosiaysiyalarla bağlana bilər?! Əgər hər hansı bir tarixi yadda saxlaya bilmirsənsə, onu digərlərilə qarışdırır və ya hər zaman unudursansa, onda bu metoddan faydalan! Xarici dilləri öyrənirik Ən azı bir xarici dilin bilməsi hər hansı bir sahədə uğur qazanmaq üçün əsas şərtlərdən biridir. Cəmiyyətdə özünəlayiq yer tutmaq üçün xarici dillərin mənimsənilməsi, hər bir insanın qarşısında geniş imkanlar açır. Bəziləri dilləri öyrənməkdə heç çətinlik çəkmir və onları "tum kimi çırtlayır". Digərləri əksinə, hər hansı bir xarici dilin qrammatikasını öyrəndikdə problemlərlə qarşılaşır. Amma hansı kateqoriyaya aid olursansa ol, hər halda xarici dildə sərbəst danışmaq üçün zəngin söz ehtiyatı tələb olunur. Lakin qısa müddətə çox söz öyrənmək heç də asan iş deyil. Əgər yeni söz və söz birləşmələrini əzbərləməkdə çətinlik çəkirsənsə, xüsusi metoddan istifadə edə bilərsən. Bu metod, sözlərin iri bloklarda bağlanması prinsipinə əsaslanır. Həmin metoddan istifadə edərək, birdəfəyə daha çox söz yadda saxlaya biləcəksən. Məsələn, ingilis dilini öyrənənlər aşağıdakı blokdan faydalana bilərlər: Blok (tərəvəz) Egg-plant (badımcan) Cucumber (xiyar) Pumpkin (boranı) Cabbage (kələm) Radish (turp) Blokları tərtib etdikdə, məna etibarilə bir-biridə bağlı sözləri seç. 3-5 sözdən başlayıb, tədricən 30-50 sözdən ibarət 5 bloka keç və s. Daim, əldə etdiyin nəticələri müqayisə et. Çalış özün üçün bloklarda optimal söz sayını təyin edəsən. Nəzərə almaq lazımdır ki, parallel şəkildə obrazlı yaddaşı inkişaf etdirməklə, blokların həcmini çoxaldır və eyni zamanda, blok sayını 9 -a qədər artıra bilərsən. Xarici sözləri yadda saxlamaq üçün aşağıdakı metoddan da istifadə etmək olar: İlk növbədə, əzbərləmək istədiyin xarici söz üçün ana dilində oxşar tələffüzlü söz tapmalısan. Məsələn, ingilis dilindəki "porthole" sözü Azərbaycan dilinə "illüminator" kimi tərcümə olunur. Diqqət yetirdikdə görürük ki, tələffüzdə "porthole" dilimizdə işlənən "portfel" sözünə oxşayır. Buna əsaslanıb, abstrakt bağlantı qura bilərsən - məsələn, təsəvvür elə ki, illüminatora baxıb, kosmosda uçan portfel görürsən. Nə qədər absurd olsa da, həmin sözün mənası daha heç vaxt yadından çıxmayacaq. Unutma: materialı daha yaxşı və "ömürlük" yadda saxlamaq üçün, diqqəti mexaniki əzbərləməyə deyil, onun mənasına və tələffüzünə yetirmək məsləhətdir. Dili daha dərindən mənimsəmək üçün sözlərin mənasına xüsusi fikir vermək lazımdır. Bunun üçün izahlı lüğətə, hətta əgər mümkünsə - bir neçəsinə, müraciət etmək tövsiyyə edilir. Eyni zamanda, öyrəndiyin sözü bir neçə dəfə ucadan təkrarlamaq olar, özü də söz vurğusunu müxtəlif hecalara qoyaraq. Hər zaman sözü tələffüz etdikdə, müxtəlif emosiyaları ifadə etməniz də pis olmaz (təəccüb, sevinc, qəzəb, heyrət və s.). "Yaddaşın tərbiyəsi" Diqqət ritminə dair məşqlər İnsan hafizəsi unikaldır - o, ağlasığmaz həcmdə informasiya saxlamağa qadirdir. Lakin diqqəti cəmləşdirə bilmədən, ən unikal yaddaşın belə dəyəri yoxdur. Biz yalnız o zaman informasiyanı yadda saxlayırıq ki, o, diqqət obyektimizə çevrilsin. Hər hansı bir hadisəyə və ya predmetə fikir vermədən, əlbəttə, heç nəyi yadda saxlamaq mümkün deyil. Diqqətli olub, materialı yaxşı yadda saxlamaq üçün heç də sakitlik tələb olunmur. Qəribə görünsə də, məhz ideal sakitlikdə çoxları fikirlərini toplaya bilmir. Hər birimiz müxtəlif dərəcədə diqqətimizi idarə edə bilirik. Lakin səs-küylü şəraitdə fikrini toplaya bilib işləyən insanları gördükdə, onlara həsəd aparırıq. Qibtə etmə! Xüsusi məşqlərdən sonra bunu sən də bacaracaqsan Aşağıdakı məşq bu işdə sənə kömək edəcək: Rahat əyləşib, tam sərbəst vəziyyətdə əllərinə bax. Çalış, hər millimetri hiss edəsən. Çalış, diqqətin əldən yayınmasın (göz qırpmaq olar). Yayınarsa, bir daha diqqətini topla. Heç bir şey haqda fikirləşməməlisən. Fikirlərdən tam azad olub diqqətini idarə etməyi öyrənəndən sonra, özünü çox rahat və sərbəst hiss edəcəksən. Məşqləri 57-saniyədən başlayıb, 10 dəqiqəyə qədər çatdırmaq lazımdır. Bununla belə, hər dəfə məşqləri yeni tərzdə icra etməyin zəruridir (müxtəlif pozalarda, dəyişik baxış istiqamətlərində, gah divanda, gah masa arxasında və s.). Əgər istədiyin qədər diqqətini əllərinin üzərində saxlaya bilirsənsə, deməli artıq bu dərsi mənimsəmisən. Bir müddətdən sonra bu sənin üçün çox sadə və asan olacaq. Onda daha mürəkkəb məşqlərə keçə bilərsən. Məsələn, müxtəlif əşyaların üzərində diqqətini topla və s. Təmrini 30-50 dəfə təkrarla. 5-7 dəfədən başlayıb, 50-yə çatdır. Hər gün ən azı 2 dəfə 10-15 dəqiqə ərzində məşğul olmaq məsləhətdir. Pifaqorun metodu Hamının məşhur riyaziyyatçı kimi tanıdığı Pifaqor, fenomenal keyfiyyətlərin inkişafına yönəldilmiş məşq sistemini yaratmışdır. Yuli Sezar, İqnati Loyola, Leonardo da Vinçi, Napoleon və bir çox digər məşhur şəxsiyyətlər, uğur qazanmaq və insanlara rəhbərlik etmək üçün Pifaqorun metodlarından istifadə edirdilər. Bu metodlardan bir çoxu itirilib, digərləri anlaşılmaz olduğuna görə praktikada öz istifadəsini tapmayıb, lakin bir metodu təklif edib, onun sənin üçün yararlı olacağına əminik. Hər gün (səhər və axşam) beynində gün ərzində baş verən hadisələri canlandır, ən xırda detalları belə yadına sal. Həmin gün etdiyin bütün işləri dəyərləndir, özünə sual ver: "Mən bu gün nə etmişəm? Bəlkə, nələrisə deməməliydim, etməməliydim? Hansı hərəkətlərim təqdirədayiqdir, hansıları isə - yox? Nəyə sevinməliyəm? Və s. Bu məşqi rahatlıqla mənimsəyəndən sonra, yəni gün ərzində baş verənləri asanlıqla yada sala biləndən sonra, özünə daha mürəkkəb tapşırıqlar ver: dünən, sırağa gün baş verənləri xatırlamağa çalış və s. Hər gün mütəmadi olaraq məşq etsən, nəticələri qısa zamanda görəcəksən (bu, təcrübədə yoxlanılıb), Çoxları sənin hafizənə qibtə edəcək. Həmin metodikadan istifadə edərək, yaddaşını hər zaman "açıq və hazır" vəziyyətdə saxlaya biləcəksən (həmin metoddan hətta xüsusi orqanların əməkdaşlarının hazırlığında istifadə edilir). Məşqlər vasitəsilə asanlıqla həyatının ən müxtəlif dövrlərində baş verən hadisələri, eləcə də lazımi materialları - irihəcmli mətnləri, poemaları, rəqəmləri və s. yadda saxlaya biləcəksən. "Təkrar biliyin anasıdır" Təkrar, informasiyanın keyfiyyətli şəkildə yadda saxlanılması üçün çox mühüm rol oynayır. Əksər hallarda informasiyanı mütəşəkkil şəkildə təkrarlamaq əvəzinə, şagirdlər və tələbələr mexaniki təkrarlamaya yol verir. Bu isə materialın yadda saxlanılmasına əkstəsir göstərir. Əgər təkrarlama prosesi düzgün qurularsa, oxunan material 4-5 dəfədən sonra hafizənin xüsusi "şöbəsində" həkk olunur - həmin "şöbədə" istənilən vaxt avtomatik bərpa edilə bilən bütün məlumatlar saxlanılır (ünvanın, yaxınlarının telefon nömrəsi və s.). İnformasiyanı birinci dəfə oxuduqdan sonra 10-15 dəqiqəlik fasilə etmək məsləhətdir. Həmin vaxtda beyin bir qədər dincəlməli və aldığı informasiyanı yerbəyer etməlidir. Sonrakı təkrarlamaları mütəmadi artan intervallarla etmək lazımdır. Məsələn, ikincini - 1-2 gündən sonra, üçüncünü - 1 həftədən sonra, dördüncünü - 1 aydan sonra, beşincini isə - 4 aydan sonra.
Category: Maraqli və Lazımlı | Views: 1236 | Added by: mehriban-p | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024