Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 14.38MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Yanvar » 20 » Şəhidlər Dağı
Şəhidlər Dağı
13.28
 

Şəhidlər dağı


     Bu bir il nə tez keçdi, ilahi! Bu bir il nə uzun çəkdi! Göz qırpımı kimi, an kimi qısa, ömür kimi uzun. Elə bil, dünən idi o müdhiş gecə. Elə bil, yüz il bundan qabaq idi. Yüz il bundan qabaq tanklar, pulemyotlar, avtomatlar yox idi. Qəddarlıq, zülm, zorakılıq var idi, “həqqəvənindir” inancı ki, var idi… Yüz il də, iki yüz il də, neçə əsrlər, min illər əvvəl də… Dünyada heç nə dəyişmirmiş, ilahi. Qolu zorlu elə qolu zorludur, “zülmün topu var, gülləsi var”… Təsəlli yalnız kədərli ifadələrdə, ağrılı şeir misaralındadırmı?
Ey dünya, gidi dünya,
Üzün igidi, dünya.
Namərdi uca tutdun,
Yıxdın igidi, dünya.

Neçə igidimiz şəhid oldu o dəhşətli yanvar gecəsində. O gecədən əvvəlki gecələrdə və gündüzlərdə. O gecədən sonrakı səhərlədə, axşamlarda. Bu ilin yanvar qurbanları da ötən illərin, ayların matəm siyahısına əlavə olundu.
1990-cı il yanvarın 19-dan 20-nə açılan gecə Bakımızın neçə min illik yaşında ən uzun, ən müdhiş, ən faciəli gecə idi.
Rəsmi müharibə elan etmədən, hətta rəsmi bəyanat verilməsindən, fövqəladə vəziyyət elan edilməsindən yeddi saat qabaq sovet qoşunları Azərbaycan paytaxtına qarşı əsl hərbi əməliyyata başladılar — tanklarla, zirehli maşınlarla, ən müasir silahlarla. Yüzlərlə öldürülənlər, neçə yüzlərlə yaralananlar, - o sıradan qocalar, uşaqlar, qadınlar, əlillər… Çoxu azərilər, amma həm də ruslar, tatarlar, yəhudilər. Tank tırtılları altında əzilmişlər, sinədən və arxadan vurulmuşlar, itkin düşmüşlər, həmişəlik şikəst qalanlar, sonrakı günlərdə, aylarda ağır yaralardan keçinənlər. Yaşayış evlərinin, xəstəxanaların, hətta təcili yardım maşınının gülləbaran edilməsi. Avtobusda yol gedən, öz mənzilində oturan, eyvana, ya küçəyə çıxmış, küçədə avtomat telefonla danışan neçə-neçə insanın qəfil qətli. Ölənlərin, yaralananların bədənlərindən çıxarılmış mütəhərrik (yuvarlanan) güllələr. Ordunun öz ölkəsinin vətəndaşlarına qarşı belə amansız davranması insan beyninə sığışmır…
Şəhidlər dağı… Bu gün bu dağdan yalnız Bakı və Xəzər deyil, bütün Azərbaycan görünür — o taylı, bu taylı. Bu gün bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. Bu dağın zirvəsindən keçmişimizi də görürük, gələcəyimizi də. Tariximizin rəmzidir Şəhidlər dağı — min bir əzab-əziyyətlə, məşəqqətli, keşməkeşli tariximizin, igidliyin, qeyrətin, qürurun rəmzidir Şəhidlər dağı. İtkilərimizin, müsibətimizin — rəmzidir — yalnız bir ayın, bir neçə günün deyil, o illərin, əsrlərin dərdi-qəmi, ağrısı, matəmi çöküb bu dağa — duman-çis çökən kimi, çən düşən kimi.
Şəhid qəbirlərinin üstü götürülüb, məzarlar səliqə-sahmana salınıb. Bu nəcib işdə əməyi olanların hamısı sağ olsun. Amma Şəhidlər dağının tariximizin, azadlıq mübarizəmizin möhtəşəm abidəsi kimi əbədiləşməsi üçün hələ çox işlər gərəkdir.
Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ çəkən Şəhidlər dağı. Xalqın matəmi, hüznü, dərdi, Xalqın mütilik, köləlik, əsarət üzərində qələbə rəmzi…
Şəhərin aşağı məhəllələrindən, dəniz sahilindən başımızı qaldırıb yuxarı baxacayıq — çətin anlarımızda ucalardan uca Tanrıya üz tutacayıq. Bir də Şəhidlər dağına, onun əbədi məşəllərinə tapınacayıq.
…Və bu saflaşma, təmizləşmə, müqəddəsləşmə anlarında qəlblərimizə kədərlə bərabər, ümid, işıq, həyat duyğuları da dolacaq… Yanvar, 1991
Yazı müəllifin 18 yanvar 1991-ci il tarixli “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş eyniadlı məqaləsindən ixtisarla götürülüb.
Category: Yeni Xəbərlər | Views: 605 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024