Dünyasının Radiusunu Bilən var ??? - 9 December 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2017-02-21, 13.50MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Dekabr » 9 » Dünyasının Radiusunu Bilən var ???
Dünyasının Radiusunu Bilən var ???
22.29

Dünyasının Radiusunu Bilən var ???

            ...O vaxtlar uşaq idim hələ 1-ci siniftə oxuyurdum,səhərlər  atamla qalxar qısa müddətli qaçışlar və idman hərəkətlərindən sonra,səhər yeməyini yeyər və dərsə  birlikdə  gedərdik,yolun yarısına qədər birlikdə gedərdik atamla,şahmat məktəbi var idi onun yanından ayrılardıq mən dərsə atam işinə gedərdi,hər səfərində atam mənə həyatdan misallar gətirər,nəyin doğru nəyin yalnış olmasını öyrədərdi.. bu hər gün belə davam edərdi..o yollarda keçən günlər mənə çox şey verərdi,yolun uzun və palçıqlı olmasıysa söhbətlərin uzanmasına səbəb olurdu..o həmişə mənlə bir böyük kimi danışardı,sanki onunla yaşıdammışkimi.. ama bəzən  hələ balaca olduğumuda nəzərimə çatdırardı. Mənə istədiyim azadlığı verərdi ama hərzaman diqqəti üzərimdəydi.. Yenə belə qışın qarlı-yağışlı günlərindən biriydi,atamla yolun axrına gəlmişdik,yol boyu palçıqların ucbatından,doğru dürüst yolda söhbətdə edə bilməmişdik,məktəbə yaxınlaşanda atam mənə:

-“Xanı,mama deyir dünən evə gec gəlmisən,hardaydın?Futbol ya Şahmat?”

-“Hə papa uşaqlarla şahmatdaydım yenə”

-“Orxan gillə?”

-“Yoxe papa olarnan küsmüşəm,Ağılsızdı olar, pis uşaxlardılar ,təzə dostlarım var, valideyinlər iclasında göstərərəm sənə” yolun axrıydı ayrılmalıydıq,atam ayaq saxladı,mənə tərəf döndü,aşağı əyildi və sağ əlini başıma qoyaraq,sığal cəkib:

-“Xanı,adam təzə dost tapanda köhnələri unutmaz,birdəki heç vaxt yadınnan çıxartma,bir insana Ağılsız demək ona ediləbiləcək  ən böyük təhqirdi,bunu heç vaxt unutma...”..bunları deyib ayağa qalxdı və “bugün evə yenə çoxlu “beş” gətir oğlum”-deyib arxasını dönüb getdi..

            O gün atamın orda mənə dediyi bu sözlər sırğa olub qulağımda qaldı bir ömür boyu, “ağılsızlıq və köhnə dostlar”,ikinciyə hər zaman əməl etməyə çalışıram ama birinci məsələ-ağılsızlıq barədə təhqirəysə demək olarki heç əməl edə bilmirəm,çünki ətrafda“Ağılsızlar” çoxdur,mən ağılsız deyərkən nəzərdə tutduğum insanlar sadəcə sadə xalqın nümayəndələri deyil,bu bir professor,yada dünya tarixinə iz salmış biridə ola bilər.Ama Ağıllının çox güclü olduğu demək deyil bu. “Ağıl Ağıldan üstündür” deyərlər,. ...Ağlın ağıldan üstün olduğu nəticəsinə gələndə elə ağılın özüdür.Və bu nəticəyə gələn ağılın üstün bir ağıl olduğu nəticəsinədə gələ yenə bizim ağlımızdır. Bəs ağıl ağıldan üstündüsə deməli altda qalan ağılda var,bəs sıfır səviyyəsinə yaxın olan ağıla “Ağılsız” deməyimiz nə dərəcədə doğrudur?Bu lap Sokratın o məhşur deyiminə bənzəyir o deyirdiki- “bir şeyi bilirəmki heçnə bilmirəm” o əslində çox şey bilirdi ama bilmədiyi şüylərin yanında sıfır sayılacaq qədər bilgisi olduğundan belə deyirdi,yəni o əslində bilirdi..bu ağıl məsələsidə elə,ağılsız  dediyimiz insanlarda əslində ağıl var ama sıfır səviyyəsinə yaxındır deyə elə deyirik.bəs biz düz edirik?yoxsa mənim atam o vaxt mənə dediklərində həqiqətən haklıydı??Nİyə bəzilərinə “Ağılsız” deyirik?Bir ağlın başka bir ağıla belə deməyə hakkı var? Jung insanları  beynin psixoji funksiyaları baxımından təsnif edib ama bunlardan sadəcə biri hakim mövqedədir, bu  tiplər düşünən, romantik,  duyğu və hissə görə hərəkət edən tiplərdir. Hərəmiz bu funksiyalardan birinin hakimiyyətindəyik.Bəs yaxşı düşünən bir tipin romantik tip üçün “Ağılsız” deməsi nə dərəcədə doğrudur? Məncə ağıl hər kəsdə var ama sərhədləri var- çox yüksək və çox az dərəcədə ama yenədə var,ağılsız insan olmadığı kimi mükəmməl ağıla sahib insanda yoxdur məncə,bir misal gətirim.Kim olduğunu bilmirəm ama bir  müdrikdən, “ Bir insanın ağıl səviyyəsini necə ölçürsüz deyə soruşduqlarında o “Danışmağından anlayıram”deyib “bəs heç danışmasa?” müdrik gülərək “ O dərəcədə Ağıl insan yoxdur” deyib,el arasında bu lətifə olaraq danışılsada “müdrik” bir lətifədir..Hə ağıl insandan insana dəyişir kimiləri özünü “dünyanın ən Ağıllısı” sayır, bu mümkündür, çünki o özünü öz bildiyi sərhədlərdə Ağıllı  sayır, yəni o bildiklərini hamısını bilir elə düşünürki başka heçnə yoxdur,bilmirəm başa sala bilirəm ya yox ,o insan bilmədiklərinin fərqində deyil onun sadəcə bildiklərindən xəbəri var,elə insanlarda varki onlar bilmədiklərinində fərqindədirlər yəni bilmədiyi bir şey var və bilirki o bilinməyəni o bilmir, məsələn bir misal mən balaca vaxtı elə bilirdim ən Ağıllı  insan mənəm ,dünyanın sadəcə evimiz, məktəbimiz,və oyuncaqlarımdan ibarət olduğumu düşünürdüm və onları çox yaxşı qavradığımçün elə bilirdim mən ən Ağıllı sıyam. Atam mənə o vaxtı “hələ təcrübən azdı böyüyəndə çox şey görəcək və az şey bildiyini anlayassan” deyərlərdi ama təbiki inanmazdım ,əslindəysə məni kənardan izləyən atam haklıydı çünki  nə qədər məhdud bir dünyada yaşadığımı çox açıq formada görürdü . Çünki o dünyanın bir ev, bir sinif və bir neçə oyuncaqla məhdud olmadığını anlaya  biləcək bir təcrübəyə və məlumata malik idi .Bunları o mənim atam idi deyə belə demirəm,bütün atalar-yəni yaşı həddi buluğu keçmiş, ailə sahibi olmuş insanlar bu nəticəyə gələ bilər,istər Ağıllı  olsun istərsədə aşağı səviyyəli ağıla malik olsun ,fərqi yoxdur,yenədə o yaşda mənə nisbətən daha təcrübəlidir,yəni qısası “ən Ağıl adam mənəm deyən” insan əslində ən Ağıllı nın nə olduğunu tam olaraq anlamış biri deyil.“İndiki Ağılım olsaydı falan cür edərdim o vaxtı” deyər çoxları. Deməli ağıl insanla bərabər yetiş və insanda bunu zamanla qəbul edir necəki mən indi o vaxtki Xancanın əslində az bildiyini anladığım kimi,ama o vaxtlar heç kim mənə nə vaxtsa geri dönüb baxdığımda  əslində az şey bildiyimi inandıra bilməzdi.. Yəni “Ən Ağıllı ” olmaq yada “Mən bütün dünyanı dərk edə bilirəm” deyən bir insan əslində yalan danışmır o haklıdı,ama özü özlüyündə,yəni öz dünyasında ən Ağıllı  odur.Bayaq bir  dostum  burdaydı bəzi şeylər danışdıq iki məsələ məni ağıl barədə düşünməyə vadar etdi ,sizə ellə gələcəkki bunun mövzumuzla əlaqəsi yoxdur ama açıqlayacam tələsməyin,deməli danışdığımız mövzulardan biri yer kürəsinin radiusundan danışırdıq unutmuşdu məndən soruşdu mən dedim ama biz sadəcə yerin coğrafi ölçülərindən danışırdıq elə - belə ,bir digər mövzuda yenə coğrafi bitkilərin təsnifatından ibarət idi və o mənə maraqı bir fakt dedi,babmuk ağacı əkildiyi ildən etibarən 5 il müddətində sulanır ama heç vaxt boyu uzanmır,kökləri uzanır,o ehtiyat qida maddəsi yığır ama torpağın üstündəki boyu isə elə balacada qalır bu beş ildə ama 5ci ildən etibarən boyu uzanır və təxminən 40-50 m hündürlüyündə olur.Dostum bunları sadəcə coğrafi bilgim artsın deyə dedi mənə ,mənsə artıq orda deyildim,bu hadisələrlə insane arasında əlaqə qurduğum körpünü keçirdim.Açıqlayım,birinci məsələyə qayıdaq,Yerin radiusu, 6378,4 km-dir,bu bütün insanlara görə belədir,ama ondan bilirsiz nəyi düşündüm?Bu dünyanın birdə “mücərrəd radiusu” var,yəni hər insanın dünyanı qavraya bildiyi böyüklükdə radiusu.Ağıl səviyyəsi aşağı bir insan dünyanı qavraya bildiyi radiusda görür - sadəcə ev-iş-ev,o sadəcə bunları düşünür,ama bunun birdə Ağıllı  insan üçün olan radiusu varki ,burda ev-iş sadəcə kiçik bir faktor dur onun dünyasında daha vacib şeylər var yaşama məqsədi,səbəbi kimibir çox  suallar… və daha nələr.Yəni bunu riyazi miqyasla ölçsək,bir filosof üçün “dünyanın radiusu” sıradan monoton bir həyat tərzi-düşüncə tərzi sürən insanınkindən 100lərlə böyükdür, “Ən Ağıllı ” “Ağılsız” söhbətidə elə burdan doğur.Dostumun danışdığı ikinci məsələ- Bambuk ağacı isə mənə insanın yaşa dolduqca ağıllanmasını göstərdi ama bu ağıllanma müəyyən bir yaşdan sonra daha konkret olur əvvəllər o sadəcə baza toplayır,babmuk ağacının kökləri kimi, ama 17-18 yaşda(bu yaş insandan insan dəyişə bilər)o nun ağlı artıq genişlənməyə dünya görüşü artmağa başlayır,və konkret fikirlər söyləyə bilir.Əvvəlki yaşlarda isə onun beynindəki suallara cavabı yox dərəcəsində idi.

            İndi gələk ağılın göstərilə bilib göstərilməyəcəyinə ,mən çox vaxt “mənə Allahını göstər” deyənlərə “Səndə mənə ağlını,fikirlərini göstər” deyirəm,onlar susurlar ama əslində onların mənə verə biləcəkləri mükəmməl bir cavab var.Çünki ağıl əslində həm maddə həmdə mücərrət olaraq mövcuddur,başqa cür deyim ağıl özü özlüyündə mücərrəd ama hərəkətləriylə maddəylə əlaqədar bir şeydir.Həm konkret maddə həmdə mücərrət fikirdir,məsələn,biz Televizora toxunanda bizi elektrik vurmur ama onun özü-yəni tərkibimi deyim,içimi deyim,elektrikdən ibarətdir,ağılla beyin (hüceyrələrin meydana gətirdiyi orqan-yeni konkret bir maddə olan beyin) arasındada birbaşa olmasada bənzər olaraq belə bir əlaqə var,yəni beyin görünən maddə,ağıl isə onun görünməyən qismi belə deyək elektriyidir.

            Bəs zəka ilə ağıl arasında fərq nədir? Zəka da ağla yaxın bir termindir ama eyni deyillər.Məhşur bir deyim var “Ağıl zəkanı işlədə bilmə qabiliyyətidir”,burdan belə bir nəticəyə gəlirikki zəka hər kəsdə var ama onu işlədə bilmək lazımıdır.Yəni ağıl alətdir,o aləti işə salan isə Ruhdur,bu barədə yəni ruh barədə yeni bir yazı yazacam ona görə bu mövzuda ona toxunmuram,qayıdaq ağılla zəkaya.Zəka doğuşdan genlərlə gələn bir şeydir ama ağıl yox.Ağıl zəkadan daha dərin mənalara sahibdir belə deyim əgər zəka insanın düşünə bilmə qabiliyyətidirsə,ağılda doğru qərar verməsidir,yəni bu ikisi əzlində bir biriylə vəhdət təşkil edir,ama burda bir incə məsələ var,əvvəlcə misalla deyim 1+1 sualını düşünə bilməkçün zəka lazımdır,ama cavabən iki olduğunu deyə bilməkçünsə ağıl gərəkdir.əgər fikir verdizsə burda çox incə bir məsələ var,burdan belə bir nəticə çıxırki,ağıl olmazsa zəka öz özlüyündə sual verə bilər.ama zəka olmazsa ağılda olmaz –sual yoxdursa cavab necə olsun?demək istədiyim,zəkalı bir insanda ağıl olmayada bilər ama ağıllı insanda mütləq zəka var,bunu sübutda etdim.Zəka ağıla nisbətən doğuşdan gəlir ama oda zamanla arta bilər.Zəka özü özlüyündə 1+1=2 olduğunu müəyyən edə bilər ama bu hər zaman olmayada bilər yəni o səhv cavabda verə bilər.Məsələn Fizika sahəsində nobel mekafatı almış bir zəkalı insan başka bir sahədə vəya həyat problemi qarşısında aciz qala bilər,çünki nobeli ağıllılara vermirlər sadəcə əhəmiyyətli kəşflər edən bir fizikə verirlərki o fizik ağıllı olmasada zəka sahibi biri olaraq əzbər,təcrübə, çalışaraq ya da özünü öyrədərək, əldə etdiyi məlumat və.s kimi faktorlarla hər hansı bir alət kəşf edə bilər.Ama o heç vaxt dahi adlandırıla bilməz.dahilər bir neçə sahəni birləşdirib ortaq fikir yeridə bilən insanlardı,qısası Üstün zəka+ Yüksək səviyyəli ağıl=Dahi olmuş olur.

Başqa sözlə zəkalı biri, müəyyən bir nöqtədə tıxanıb qalar, həll tapa bilməz, girişdiyi bir işi nəticələndirəmməz, səhv tapa bilər.Ağıllı bir insan isə təhsil almadığı, təcrübəli olmadığı, hətta ilk dəfə qarşılaşdığı bir mövzuda belə, illərcə o mövzuda təhsil almış bir kimsədən daha iti və daha məqsədəuyğun nəticələr əldə edə bilər. Zəkada ikiyə ayrılır biri İQ ikincisiysə EQ(romantik zəka) Filosoflar,EQ-nün İQ-dən daha əhəmiyyətli olduğunu deyirlərki,bu həqiqətəndə belədir.EQ hislərdir,İQ isə məntiq,ağıl,bir insanın yalan danışmasını EQ vasitəsilə müəyyən edə bilərik məsələn..İQ doğuşdan insanda var olan bir xüsusiyyətdir, romantik zəka (EQ) doğuşdan gəlmir. İnsan beyninin quruluşu səbəbindən, uşaqlıqdan alınan romantik dərslər, həyat boyunca davranış tərzini təyin edir. İQ, doğuşdan gələn bir zəka olsa da onu istifadə etməyi öyənmək lazımdır ..

            İnsan ağlının qavrayamadığı şeylərdə var inasan ağlı çox incə və çox böyük məsələləri qavraya bilmə qabiliyətinə sahib deyil,necəki hər tərəzinin darta biləcəyi minimum və maksimum yüklər vardır. Bir tonluq tərəzilə, nə on tonluq dəmir dartıla bilər, nə də on qramlıq qızıl. Hər iki halda da, alət bizə bir nəticə verməz, yalnız hərəkətsiz qalar, eynilədə insan  Nə hüceyrəsindəki  hikməti nədə Kainatın sonsuzluğundakı mənanı anlaya bilməz,onlar insan ağılının sərhədləri xaricindədir ,Ağıl “kainatın necə yaradıldığı” barədə bir şey düşünə bilər. ama yaradılış məqsədi, ağılın sərhədinidən çox uzaqdadır, bunu sadəcə Allahımızın kəlamlarıyla iman gətirib qəbul edə bilər..Metafizikanın belə ən incə məsələlərini anlamağa, ən dərin problemlərini həll etməyə, ən uzaq doğrularını kəşf etməyə çalışır insanoğlu..Halbuki ağılın da iş görə biləcəyi müəyyən sahələr vardır. Hələ bəzi mövzularda insanın, deyil danışması, icra etməsi belə doğru deyil.

            Ağıldan söhbət edəndə ilk ağla gələn Kant olur,ama Hegelin Dekartın birdə müasir psixoloqlardan Dr.Daniel Qolmanın fikirləri məni daha çox qani edir. Yenədə mən öz fikirlərimi bildirdim,yazını bəyənməyənlər ola bilər,vəya yazı kimlərisə qani etməyə bilər əgər qani etmirsə onda yuxardakı filosofların kitablarını incələməyi məsləhət görərdim onlarda mənim yazdığımdan daha çox fikir var. Mənim yazdıqlarım yalnışda ola bilər,çünki sadəcə 18 illik təcrübəm var..yazım həcmcə yada azda ola bilər,çox yazmaq istərdim ama çox yazandada heç kim oxumur təəssüfki…((Halbuki ağılı 4 səhfəlik bir yazıyla yazıb bitirmək mümkün deyil.Nəysə buda son,mənim atam haklıydı,ağılsızlıq ən böyük təhqirdir..

 

            P.S – Bəs sizin dünyanızın Radiusu nə qədərdir? Ev-iş-yataq? Yoxsa daha geniş?...hə birdəki xahiş edirəm,yazı hakda fikirlərinizi və qəbul etmədiyiniz yerləri deyinki məndə səhvlərimi görə bilim..Əvvəlcədən minnətdaram,,,

 

Xancan Kərimov 10:41 PM , 28/11/08 , Turkey/Adana

 

Category: Ordan-burdan | Views: 464 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017