Respublikamızda 14 ailədə həm valideynlər, həm də uşaqlar HİV virusuna yoluxublar - 6 December 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2016-12-02, 23.57MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Dekabr » 6 » Respublikamızda 14 ailədə həm valideynlər, həm də uşaqlar HİV virusuna yoluxublar
Respublikamızda 14 ailədə həm valideynlər, həm də uşaqlar HİV virusuna yoluxublar
12.13
1988-ci ildən başlayaraq, hər il bütün dünyada dekabr ayının ilk günü Ümumdünya QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) günü kimi qeyd edilir.

QİÇS yeni xəstəlik olmasına baxmayaraq, sürətlə yayılmaqdadır. İlk dəfə 1981-ci ildə ABŞ-da aşkarlanan bu xəstəliyin hal-hazırda bütün ölkələrdə daşıyıcıları vardır. Bu xəstəlik HİV (Human İmmunodeficiency Virus) virusuna yoluxma nəticəsində yaranır və insan orqanizmində immun sistemini zəiflədərək tədricən sıradan çıxarır. Bunun  nəticəsində isə orqanizmin digər xəstəliklərə qarşı müqaviməti olmur və insan asanlıqla yoluxucu xəstəliklərin təsirinə məruz qalır. Hələlik, QİÇS xəstəliyinin müalicəsi olmadığına görə, insan həyatı üçün təhlükəli hesab edilir. 

“QİÇS daşıyıcılarının 62%-i eyni zamanda narkotik istifadəçisidir”

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda  dünyada 33,2 milyon insan HİV/QÇİS daşıyıcısıdır və onların 17,9 milyonu qadın və uşaqdır.  Hər gün bu xəstəliyə təqribən 6800 nəfər yoluxur ki, onlardan da 5800 nəfəri dünyasını dəyişir. Ölkəmizdə də HİV virusuna yoluxanların sayı son illərdə artmaqdadır. Respublika QÇİS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirovanın sözlərinə görə, bu günədək ölkəmizdə 1771 nəfərdə  HİV virusu aşkarlanıb. H. Qədirova təkcə 2008-ci ilin 11 ayı ərzində 392 nəfərin bu xəstəliyə yoluxduğunu və bu günə qədər 232 nəfərin həmin xəstəlikdən vəfat etdiyini söylədi.  Ölkəmizdə ilk dəfə HİV infeksiyasının 1992-ci ildə qeydə alındığını deyən QÇİS-lə Mübarizə Mərkəzinin rəhbəri bildirdi ki, bu xəstəlik artıq bütün cəmiyyəti narahat edən sosial problemdir. “Artıq bu xəstəliyin coğrafiyası bütün ölkə ərazisini əhatə edir. Ən ciddi problem isə bu xəstəliyin azyaşlılar və qadınlar arasında yayılmasıdır. Qeydə alınan xəstələrin yarıdan çoxu, təqribən 62%-i iynə vasitəsilə narkotik maddə qəbul edərkən bu virusa yoluxub. HİV daşıyıcılarının 23%-i isə bu xəstəliyə cinsi əlaqə zamanı yoluxub ki, bunların da çoxu qeyri-qanuni əlaqələrin qurbanı olub. HİV infeksiyası eyni zamanda anadan öz övladına keçə bilər ki, bu, ana bətnində olarkən, doğuş zamanı, ya da əmizdirmə zamanı baş verir. Həmçinin virus donor qanı vasitəsilə bir insandan digərinə keçə bilər”, - deyən H. Qədirova narkotik vasitə qəbul edənlər və əxlaqsızlıqla məşğul olanların QİÇS virusuna yoluxma ehtimalının yüksək olduğunu və aparılan yoxlamaların da bunu sübut etdiyini bildirdi.

“Düzgün müalicə aparılarsa, xəstənin ömrünü uzatmaq olar”

QÇİS-lə Mübarizə Mərkəzinin rəhbəri xəstəliyin bu günə qədər müalicəsinin tapılmadığını qeyd edərək bildirdi ki, bütün dövlət orqanları və ictimai təşkilatlar HİV virusunun yayılma səbəblərinə qarşı birgə mübarizə etməlidirlər. “Narkomaniyaya qarşı mübarizə, insanların qeyri-qanuni cinsi əlaqələrdən çəkindirilməsi və bu sahədə maarifləndirici təbliğatın aparılması QİÇS xəstəliyinin qarşısını almaqda böyük əhəmiyyət daşımaqdadır. Əgər qeyd etdiyimiz problemlər həll edilərsə, QİÇS xəstəliyinə  80-90% daha az yoluxma qeydə alına bilər. HİV virusuna yoluxan insanlarda xəstəliyin əlamətləri müəyyən dövrdən sonra ortaya çıxdığı üçün bəzən xəstələr bilmədən öz ətrafındakı insanları, o cümlədən də öz həyat yoldaşlarını HİV virusuna yoluxdururlar. Təsadüfi deyil ki, ölkəmizdə 125 ailədə eyni zamanda həm kişi, həm də qadın HİV/QŞİÇS daşıyıcısıdır. Eyni zamanda 14 ailədə həm valideynlər, həm də uşaqlar HİV virusuna yoluxublar”, -deyən H. Qədirova bu virusa yoluxan insanları müalicə etmək mümkün olmasa da, görülən bəzi tədbirlər nəticəsində xəstənin ömrünü uzatmaq olur: “HİV virusunun orqanizmə təsirini azaltmaq üçün müxtəlif dərmanlardan istifadə edilir. Eyni zamanda xəstə düzgün qidalanmalı, vitaminlər və minerallar qəbul etməli, idman hərəkətləri və s. ilə orqanizmin müqavimətini artırmalıdır. Son illərdə xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunur ki, bu da aparılan müalicə tədbirlərinin nəticəsində mümkün olub”. QÇİS-lə Mübarizə Mərkəzinin rəhbəri ölkəmizdə HİV/QİÇS -in müayinə və müalicəsinin pulsuz olduğunu və anonim saxlanıldığını qeyd edərək bildirdi ki, bu xəstəliyə yoluxa biləcəyindən şübhələnən hər kəs mütləq QÇİS Mərkəzinə müraciət etməlidir.


Allahverdi Cəfərov
Category: Tibb-Təbabət/Münəccim | Views: 535 | Added by: clumsy | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016