Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 15.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Noyabr » 28 » «Qarabağın statusu referendumla müəyyənləşə bilməz!»
«Qarabağın statusu referendumla müəyyənləşə bilməz!»
19.10

Rüstəm İbrahimbəyov… Xalq yazıçısı, kinorejissor, Oskar mükafatı laureatı və nəhayət, son günlərin haqqında ən çox danışılan adamı…
Onunla İçərişəhərdəki mənzilində görüşdük. Yazıçının mənzili də özü kimi möhtəşəm və sadə idi. Əsl zadəganlıq görkəmi və danışığı ilə qarşısındakının marağını cəlb edən Rüstəm müəllimlə söhbətimizdə gündəmin bir sıra aktual problemlərinə toxunduq.

- Rusiyada telekanalların vəziyyəti necədir?
- Rusiya telekanallarının peşəkarlığı çox yüksəkdir. Amma Rusiya tamaşaçısı mənəviyyatı pozan proqramlara çox etiraz edirlər.

- Sizin Bakıdan gedən ermənilərin xiffətini çəkməyiniz haqqında deyilənlər doğrudurmu?
- Xeyr, səhvdir. Mən Bakını tərk edən azərbaycanlıların xiffətini çəkirəm. Təsəvvür edin ki, Moskvada 1 milyon azərbaycanlı var. Onlar da Bakıdan gedənlərdir. Ermənilərə gəlincə, mən «erməni xalqı bizim düşmənimizdir» fikrinin əleyhinə olmuşam. Xalqla xalq düşmən ola bilməz. Bizim düşmənimiz Ermənistan hökuməti və ordusudur. Faşistlərə görə Hayneni, Hegeli düşmən saymaq olarmı? Məni Roman Balayanla film çəkdiyimə görə xəyanətkar sayırlar. Bu adam 40 ildir Ermənistanı tərk edib və mənimlə dörd film çəkib. Biz onunla DTK-nın Ukraynadakı fəaliyyəti haqqında film çəkmişik. Təsəvvür edirsinizmi, deyirlər ki, Rüstəm İbrahimbəyov erməni rejissorla iş görürsə, xəyanətkardır. Bu, axmaqlıqdır! Mən bir məsələni də başa düşmürəm, biz torpaqlarımızı qaytaranda 100 min Balayanı da qaytarırıq. Belə çıxır ki, ərazilərimizin qaytarılması xəyanətkarlıqdır?! Həmin əhali də Azərbaycan vətəndaşlarıdır, deməli, indidən onları düşmən hesab etsək, erməniləri necə qaytaracağıq? Erməniləri qaytarandan sonra həmvətən və dostumuz deməliyik də. Dünən «erməniləri qırmaq lazımdır» söyləyənlər, sabah «erməni qardaşlarımız» deyəcəklər.

- Bəs Ermənistanda Sizin kimi düşünənlər varmı?
- Minlərlə belə adamlar var. Siz cavan olduğunuzdan, bəlkə erməniləri görməmisiniz.

- Sumqayıtda 1988-ci ilə qədər erməni qonşularım olub...
- Qonşuluqda düşmənçilik var idimi?

- Yox, normal qonşuluq münasibətlərimiz vardı...
- Bilirsiniz, başlanan müharibə tam şəkildə onlardan da asılı deyildi. Mən həmişə Bakı ermənilərinə deyirəm ki, nə üçün səsinizi çıxarmırsınız, niyə susursunuz? Bildirməlisiniz ki, siz Ermənistanın siyasəti ilə razı deyilsiniz, çünki hamınızı bədbəxt etdilər.

- Nə cavab verirlər?
- Qorxurlar. Çünki onlarda bu cür adamlarla çox kəskin rəftar edirlər. Amma buna baxmayaraq, Moskvada bir neçə erməni Ermənistan hakimiyyətindən narazı olduqlarını bildirərək, Azərbaycana qarşı siyasəti aqressiya adlandırıblar. Hətta müraciət hazırlayıb imzalayıblar və mətbuatda çap ediblər. Belə olanda bu cür adamlara dəstək verməliyik, yoxsa deməliyik ki, «ermənisiniz, sizi qıracağıq». Mən bu cür adamlara dəstək verəndə onlardan biri xahiş etdi ki, mən Sizin xalq üçün iş görürəm, olarmı Bakıya səfər edim? Mən də zəng etdim Milli Təhlükəsizlik Nazirliyinə və bu səfərin reallaşmasının mümkünlüyünü soruşdum. Cavab verdilər ki, gələ bilər.

- Həmin erməni kim idi?
- Tanınmış deyildi, sadəcə, bakılı idi, şəhərin adi sakiniydi. Rusiyada Ermənistanın siyasətinə etirazına görə ermənilər az qalırdı onu öldürsünlər. Nəhayət, səlahiyyətli şəxslərin razılığından sonra o, Bakıya gəldi. Təbii ki, yanında həmişə mühafizəçilər gəzirdi. Hətta bu məsələni də mənə qarşı çevirdilər ki, kimisə Ermənistandan Bakıya gətirib. Məgər bilmirlərmi ki, Bakıda 30 min erməni yaşayır?

- Ümumiyyətlə, ermənilərlə azərbaycanlıların anlaşması üçün uzun zamanmı lazım olacaq?
- Son 20 ilin hadisələri ermənilərlə azərbaycanlıların birinci konflikti deyil ki. Xatırlayırsınızmı, ötən əsrin əvvəllərində Bakıda minlərlə azərbaycanlı öldürüldü. Ondan sonra qardaş olmadılarmı?! Ermənilər dəfələrlə bu konflikti yaradıblar və dəfələrlə də barışmışıq.

- Rüstəm müəllim, Ermənistan-Azərbaycan prezidentlərinin danışıqlarını izləyirsinizmi?
- Bəli.

- Moskva bəyannaməsini necə qiymətləndirirsiniz?
- Bu sənədlə bağlı dəqiq fikir yürüdə bilmərəm. Çünki sənəd elə yazılıb ki, belə də oxumaq olar, elə də. Ona görə nəticəni gözləyirəm. Ancaq mütləq qarşılıqlı güzəştlər olmalıdır. Əgər güzəşt olmasa, problem belə də qalacaq.

- Azərbaycanın güzəşti nədən ibarət ola bilər?
- Azərbaycanın güzəşti ondan ibarət ola bilər ki, biz beynəlxalq qüvvələri Dağlıq Qarabağa buraxmalıyıq. Ancaq statusun referendum vasitəsilə müəyyənləşməsinə imkan verməməliyik. Çünki referenduma yol verilsə, ermənilər 100 faiz udacaqlar. Amma deməliyik ki, əvvəl işğal altındakı rayonları qaytarsınlar, statusu sonra müzakirə edərik.

- Bəs statusu necə görürsünüz?
- Mənə elə gəlir ki, Azərbaycanın tərkibində ən böyük status verə bilərik.

Category: Yeni Xəbərlər | Views: 563 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024