Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 02.35MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Noyabr » 26 » Vatikan erməniləri qızışdırır
Vatikan erməniləri qızışdırır
20.17
Dünən Vatikan radiosuna açıqlama verən Papa VI Benidikt qondarma soyqırımı məsələsini yalan deyil, tarixi həqiqət olduğunu söyləmiş və Ermənistanın Türkiyə ilə yaxınlaşmasının ona yaxşı heç nə vəd etmədiyini bildirib. Bütün dünyadakı erməni kilsə rəhbərlərini bir araya gətirən Vatikan onları qisasçılıq ruhunda körükləməyə çalışır. Rəsmi Vatikan Prezident Abdullah Gülün sentyabr ayında Yerevana səfəri ilə başlayan Türkiyə-Ermənistan yaxınlaşmasına ağır zərbə ola biləcək bir açıqlama yayınlayıb. Papalığın Xristianlararası Birlik Təşkilatının sədri, koordinal Valter Kasper Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Türkiyədə olduğu saatlarda: “Erməni soyqırımı gerçəkdir”, -iddiası ilə çıxış elədi.
Koordinal Valter Kasper Roma katolik kilsəsinin lideri Papa XVI Benediktin dünən erməni din adamlarını qəbul etməzdən öncə Vatikan radiosuna verdiyi açıqlamada: “Erməni soyqırımı bir gerçəkdir, Vatikanın bu məsələyə münasibəti Papa II İohan Pavelin Ermənistana ziyarəti zamanı açıqlanmışdır. Papa oradakı soyqırımı abidəsini ziyarət etmiş, türklərin xoşuna gəlməsə də, soyqırımı ifadəsini işlətmişdir”, - kimi görüşlərini ifadə etdiyini deyib.
Soyqırımın iddia deyil, bir həqiqət olduğunu deyən Kasper: “Bu, bir ifadə seçimi məsələsi deyil, çox sayda insanın həlak olduğu bir gerçəkdir və bu xatirənin yaşadılması gərəkdir.
Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması üçün Vatikan nə edə bilər, deyə bilmərəm. Amma bu, Yaxın Şərqdə sülhün əldə edilməsi üçün də çox önəmli məsələdir. Katolik kilsəsi hər şeydən öncə əzilmişlərin tərəfindədir. Bu, bizim mövqeyimizin ifadəsi məsələsində ən mühüm amildir”, - deyə bildirib. Kasper Livanda yaşayan ermənilərin dini lideri I Aramın rəhbərlik etdiyi heyətin Vatikana səfərinin Roma katolik kilsəsinin digər xristian qruplarla əlaqəsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. “Livan bir zamanlar xristian ölkəsi idi, amma artıq xristianlar o ölkədəki əhalinin əksəriyyətini təşkil etmirlər. Livandakı kilsə liderləri siyasi baxımdan da önəmli nüfuz sahibləri olduqları üçün Yaxın Şərqdə bu səfər çox önəmlidir”, - deyən Kasper I Aramın bu səfər zamanı Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Yunan Kipri, Kanada və ABŞ-dan gələn erməni keşişlərlə görüşəcəyini də bildirib.
Göründüyü kimi, bu gün Vatikan rəhbərliyi erməni ədavətini körükləməklə, onları kin, nifrət, saxta tarix ətrafında birləşdirərək, dinlər arasında ədavəti qızışdırır.

Erməni uydurma iddiasından əl çəkmir

Dünən Ermənistan xarici işlər naziri Eduard Nalbandyan türkiyəli həmkarı Əli Babacanın dəvəti ilə İstanbula səfər etdi. İstanbulda iki nazir arasında keçirilən görüşdən sonra Nalbandyan mətbuat konfransı keçirdi. Erməni nazir öz sələflərinin söylədiklərini təkrarlayaraq, heç bir şərt irəli sürmədən sərhədlərin açılmasını istədiyini söylədi. Hazırda iki ölkə arasında əlaqələrin inkişafı üçün əlverişli imkan olduğunu bildirən Nalbandyan jurnalistin Qarabağ məsələsi ilə bağlı sualına cavab verərkən Moskvada üç ölkə prezidenti arasında keçirilən görüşü xatırlatdı və məsələnin Ermənistan-Azərbaycan prezidentləri arasında sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğuladı. 2009-cu ilin mart ayından etibarən Ermənistanın Türkiyəyə elektrik enerjisi verməyə hazır olduğunu vurğulayan Nalbandyan Prezident Gülün erməni həmkarına göndərdiyi dəvətin qəbul edildiyini və gələn ilin oktyabrında Sarkisyanın Türkiyəyə səfər etmək istədiyini bildirdi.
Soyqırımı iddiası məsələsi ilə bağlı suala cavab verən Nalbandyan: “Ermənistan hökuməti heç bir diaspor təşkilatına bu məsələdən əl çəkmək haqqında göstəriş verməyib, verə bilməz, verməyəcək də”, - deyərək iddialarının qüvvədə olduğunu açıq-aydın ifadə edib.

Category: Siyasət | Views: 754 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024