Ernesto Che Gevara - 15 November 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 11.53MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Noyabr » 15 » Ernesto Che Gevara
Ernesto Che Gevara
02.43
Ernesto 'Çe' Gevara Linç de la Serna (14 İyun 1928 - 9 Oktyabr 1967) (ispanca - Ernesto Che Guevara Lynch de la Serna) Argentinada doğulmuş marksçı-inqilabçı və siyasət adamı olmuşdur. O, Kuba və beynəlxalq inqilab hərəkatının başçılarından olub (Fidel Kastro ilə birlikdə)

Həyatı

Ernesto Çe Gevara 14 iyun 1928-ci ildə Rosarioda, Argentinada dünyaya gəlib. Ali təhsilini tibb ixtisası üzrə başa vurduqdan sonra, 1952-1953-cü illərdə gəmidə həkim işləyərək Latın Amerikasının bir çox ölkəsini gəzir. Qvatemalada birinci həyat yoldaşı olacaq inqilabçı İlda Qadea ilə tanış olur. Onun təsiri nəticəsində Ernesto da marksizmə yoluxur. 1954-cü ildə ailəsi ilə birgə Meksikaya köçüb həkim işləyir. Bir il sonra artıq radikal marksist olan Gevara, Fidel Kastro ilə tanış olub, onun inqilabçı "M-26-7" dəstəsinə qoşulur və bu zaman özünün məşhur olacaq "Çe" (ispancadan tərcümədə "hey!" ) ləqəbini alır. 1956-da "Qranma"-da Kubaya ayaq basan 82 inqilabçıdan biri olur. 2 il hərbi əməliyyatlarda iştirak edir, 2 dəfə yaralanır. 1959-da Çenin dəstəsi Havanaya daxil olur və müharibə qurtarır. Bu vaxt artıq o bütün dünyada məşhur idi. Bir müddət La Kabana həbsxanasının müdiri vəzifəsində çalışır. Onun əmri ilə minlərlə əksinqilabçı güllələnir. Onların bir çoxunun güllələnməsində Çe özü iştirak edir. Bunun ardınca o, bir çox ölkələrə rəsmi səfərə yol düşür. Yenə həmin ildə Kuba Milli Bankının prezidenti vəzifəsinə təyin olunur. SSRİ və digər sosialist ölkələrinə səfərlər edir. 1961-ci ildə sənaye naziri təyin olunur. 1965-də Afrika ölkələrinə səfəri zamanı SSRİ-in ünvanına kəskin ittihamlar səsləndirdikdən sonra Fidel Kastro ilə münasibətləri tamamilə pozulur. Kubaya qayıtdıqdan sonra ailəsi, dostları və F.Kastroya son məktub ünvanlayır. Məktubda bütün vəzifələrindən və Kuba vətəndaşlığından imtina etdiyini bildirir.

1966-ci ildə bir qrup inqilabçı ilə Konqoda Patris Lumumba tərəfdarlarının hazırlanması ilə məşğul olur. Lakin, bu plan uğursuzluqla nəticlərnir - üsyançılar məğlub olurlar. Həmin ilin noyabrında Boliviyaya gələrək Boliviya Milli Azadlıq Ordusunda vuruşur. Uğursuzluqlar bir-birini əvəzləyir və 1967-ci ilin oktyabrında La İquera kəndi yaxınlığında ağır yaralanmış Çe əsir düşür. Oktyabrın 9-u əfsanəvi inqilabçı güllələnir. Əlləri kəsilərək Vaşinqtona göndərilir. Cəsəsdi isə adsız məzarlıqda dəfn edilir. 1997-ci ildə isə cəsəd Boliviyadan Kubanın Santa-Klara şəhərinə köçürülür və Çeyə 4 metr hündürlüyündə abidə qoyulur.
Çe Gevaranın meyiti

Boliviya Gündəliyi

Boliviyada partizan müharibəsində iştirak etdiyi vaxt Ernesto Çe Gevara gündəlikdə qeydlər aparır. Onun ölümündən sonra bu gündəlik bütün dünyada 100 000 tirajla işıq üzü görür.

Gündəlikdən bəzi qeydlər:

* 7 noyabr 1966-cı il (gündəlikdəki 1-ci qeyd)

Bu gün həyatımda yeni mərhələ başlayır. Belə götürəndə səfər uğurlu keçdi. Paçenqo ilə öz görkəmimizi dəyişdik, Koçabambuya gəldik və burada bizə lazım olan adamlarla görüşdük. Hərəmiz bir cipə minib yola düşdük. Rançoya az qalmış maşınları saxladıq. Bizi kokain istehsalıyla məşğul olmaqda günahlandıran kəndlilərdən birini şübhələndirməmək üçün rançoya 1 cipdə yollandıq.

* 7 oktyabr 1967-ci il (gündəlikdəki sonuncu qeyd)

Bura - Nyankauasuya gəldiyimiz gündən on bir ay keçib. Gün gözlənilməz hadisələrsiz, demək olar ki, əla keçdi... ...Radioyla xəbər verilir ki, 250 əsgər Serranoda 37 partizanı - yəni bizi - mühasirəyə alıb, yolumuzu kəsib və biz Asero və Ora çayları arasında mühasirədəyik. Bu xəbər mənə çox gülməli gəldi (qeyd: Çe Gevaranın partizan dəstəsi doğrudan da o vaxt bu çaylar arasında mühasirəyə düşmüşdü. Sadəcə o, yerli relyefi yaxşı tanımadığından harda olduğunu bilmirdi. Bu məlumatı isə o radioadan eşitmişdi. Elə həmin gün Çe Gevara döyüşdə ayağından yaralanır, əsir düşür və oktyabrın 9-u güllələnir).

Category: Siyasət | Views: 446 | Added by: Langdon | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016